Icma.az
close
up
RU
Ekspertdən xəbərdarlıq: Həftədə 3 dəfədən çox pivə içmək xərçəng riskini artırır

Ekspertdən xəbərdarlıq: Həftədə 3 dəfədən çox pivə içmək xərçəng riskini artırır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şimali Karolinada yerləşən RTI İnternational tədqiqat institutunun alimləri ABŞ və Avropada istehsal olunan məşhur pivə növlərində təhlükəli kanserogen maddələrin olduğunu aşkar ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qeyd olunur ki, söhbət PFAS adlanan maddələrdən gedir. Onlara “yüksək dayanıqlı kimyəvi maddələr” deyilir, çünki bu maddələr ətraf mühitdə parçalanmadan uzun müddət qalır. Bundan əlavə, orqanizmi məhv edən bu zəhərli maddələr dünyanın əksər pivə markalarında mövcuddur.

“Bu maddələr xərçəng xəstəliyinə səbəb ola bilər”, - deyə alimlər əlavə ediblər.


Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, tədqiqatın nəticələrinə əsasən, pivədə bir sıra zərərli maddələr xərçəng riski ilə əlaqələndirilir:

“Nitrozaminlər (xüsusilə N-nitrozodimetilamin – NDMA) maltlaşdırılmış arpanın qurudulması və pivənin fermentasiya prosesi zamanı əmələ gələ bilər. NDMA İnsanlarda xərçəng yarada bilən (grup 2A) maddə kimi Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən tanınır. Həm də qaraciyər xərçəngi riski ilə əlaqələndirilir.

Asetaldehid alkoqolun orqanizmdə parçalanması nəticəsində yaranır və DNT zədələnməsinə səbəb olur. Xüsusilə ağız, boğaz və qida borusu xərçəngləri ilə əlaqələndirilir. Pivənin əsas tərkibi olan etanol, uzunmüddətli və daimi istifadə zamanı birbaşa kanserogen təsirə malikdir. Alkoqol həmçinin digər kanserogen maddələrin udulmasını artırır.

Mikotoksinlər (zərərli göbələk toksinləri) saxlanma və emal zamanı istifadə edilən taxıllarda yaranır. Bəzi pivələrdə xüsusilə aflatoksin və okratoksin A izlərinə rast gəlinmişdir”.


Ekspertin sözlərinə görə araşdırmalara əsasən həftədə 3 və ya daha çox dəfə, hər dəfə 500 ml-dən artıq pivə istehlakı, uzunmüddətli (1 ildən çox) vərdiş halına salınmış qəbul riskləri artırır: 


“Xüsusilə gənclər, qaraciyər problemi olanlar, siqaret istifadəçiləri və genetik xərçəng riski daşıyanlar üçün bu təsirlər daha ciddi ola bilər. Azərbaycan bazarında satılan pivələrin təhlükəsizliyi aidiyyəti üzrə qurumlar tərəfindən ciddi yoxlanılır. Bu orqanlar xammal və hazır məhsullarda pestisid, mikotoksin, etanol faizi, metal qalıqları və bəzi kanserogen maddələrin analizlərini aparır. Lakin nitrozaminlər və asetaldehid kimi spesifik kanserogen maddələrin mütəmadi və hər partiyada yoxlanılması hal-hazırda məhdud şəkildə aparılır. Bu isə bəzi hallarda idxal edilmiş məhsullarda riskin gizli qalmasına səbəb ola bilər. Əlavə olaraq, ölkəmizdə bəzən qeyri-qanuni yollarla satılan, qeydiyyatsız və etiketlənməmiş “yerli istehsal” adlandırılan məhsullar bu baxımdan daha təhlükəlidir. Çünki bu içkilərin nə tərkibi, nə də istehsal prosesi üzrə sanitar nəzarət mövcuddur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri