Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ekspertlər Azərbaycanda təkrar tullantıların idarə edilməsi barədə nə düşünür?

Ekspertlər Azərbaycanda təkrar tullantıların idarə edilməsi barədə nə düşünür?

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təkrar tullantıların idarə edilməsi sahəsində həllini gözləyən məsələlər var

Azərbaycanda tullantıların idarə olunması sahəsinin inkişaf etdirilməsi günün aktual tələblərindəndir. Bu sahədə həyata keçirilən tədbirlərin effektivliyi ölkədə ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin olunması və müasir yanaşmaların tətbiqi baxımından önəm kəsb edir.

Ölkəmizdə ekoloji təhlükəsizliyin gücləndirilməsi və tullantıların düzgün idarə olunmasında vahid dövlət nəzarətinin formalaşdırılması mühüm amildir. Bu baxımdan dövlət başçısı tərəfindən imzalanan "Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman sözügedən istiqamətdə problemlərin aradan qaldırılmasında böyük önəm daşıyır. Fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Fərmanla müəyyən edilib ki, Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.

Xatırladaq ki, ötən ay paytaxtda təşkil olunan Ümumdünya Şəhərsalma Forumun 13-cü Sessiyası çərçivəsində dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib. UN-Habitat-ın Asiya və Sakit Okean regionu üzrə regional ofisinin direktoru Kadzuko İşiqaki bildirib ki, tullantıların idarə olunmasına ənənəvi yanaşmalar artıq kifayət etmir və bu gün dünya dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan daha inteqrasiya olunmuş və innovativ həllərə keçidə ehtiyac duyur. Qeyd edilib ki, Asiya-Sakit Okean regionunda məişət tullantıları ən sürətlə artan ekoloji problemlərdən birinə çevrilib.

Qeyd edək ki, bu gün Azərbaycanda təkrar tullantıların idarə edilməsi ilə bağlı bir sıra addımlar atılır. Ancaq bununla yanaşı, bu istiqamətdə həllini gözləyən məsələlər də var.

Ekoloqlar Azərbaycanda təkrar tullantıların idarə edilməsi istiqamətində mövcud vəziyyəti necə dəyərləndirir, problemlərlə bağlı hansı təkliflərlə çıxış edirlər? Bu barədə ekspertlərin fikirlərini öyrəndik.

Məsələ ilə bağlı ekoloq Rövşən Abbasov bildirib: “Ölkəmizdə təkrar tullantıların idarə edilməsi son illərdə çox diqqətçəkən məsələlərdən birinə çevrilib: "Xüsusilə urbanizasiya, əhali artımı, istehlak səviyyəsinin yüksəlməsi nəticəsində məişət tullantılarının həcmi artır. Bu da başlıca olaraq əhalinin həyat keyfiyyətinin dəyişməsi ilə bağlıdır. Yəni əvvəllər insanlar kənd yerlərində yaşayırdılar, plastik məmulatlardan çox istifadə edilmirdi. Çox az tullantılar əmələ gəlirdi. Bugünki dövrdə isə şəhərlərə çox böyük köçlər olduğu üçün əhali daha çox şəhərlərdə cəmləşir. Burada məişət tullantılarının əmələ gəlməsi çoxalır. Hazırda tullantıların əsas hissəsi Bakı və Abşeron yarımadasından yaranır. Bu, əhalinin cəmləşməsi ilə bağlıdır.

Baxmayaraq ki, tullantıların idarə olunmasında irəliləyişlər var, ancaq ciddi problemlər də özünü göstərir. Problemlərdən biri odur ki, tullantıların bir hissəsi poliqonlara daşınır və yalnız kiçik bir hissəsi təkrar emala yönəldilir. Bir çox hallarda isə heç təkrar emala yönəldilmir. Əsas problemlərdən biri tullantıların mənbədə çeşidlənməsinin zəif olmasıdır. Bir çox hallarda məişət tullantıları qarışıq şəkildə toplanır və bu da təkrar emalı çətinləşdirir. Eyni zamanda əhalinin maarifləndirmə səviyyəsi tam yetərli deyil. Ona görə də insanlar tullantıların mənbədə ayrılmasında, çeşidlənməsində çox da maraqlı deyillər. Onlar üçün əsas odur ki, tullantını evdən çıxartsınlar və ümumi bir qaba atsınlar. Bu da əlbəttə ki, idarəetmədə çox ciddi problemlər yaratmaqdadır. Son illər əlbəttə ki, dairəvi iqtisadiyyat və yaşıl inkişaf yanaşmaları çox ciddi müzakirə olunur. Təklif olunan məsələlərdən biri ondan ibarətdir ki, potensial tullantıların ümumi miqdarı azaldılsın. Plastiklər gələcəkdə qadağan oluna bilər. Bir çox ölkələr bu təcrübədən istifadə edirlər və plastiklərə əlçatanlıq azaldıla bilər. İstehlakçının genişləndirilmiş məsuliyyəti deyilən bir sxem vasitəsilə çox mümkündür ki, gələcəkdə istehsalçılar öz potensial tullantılarının idarə olunmasında məsul ola bilərlər. Məsələn, su qablaşdırma firmalarını götürək. "Coca-cola", "Fanta" kimi şirkətlər, Azərbaycanda çox sayda tullantıların yaranmasına səbəb olurlar, onlar məsuliyyət daşımalıdırlar. Bu istiqamətdə məsuliyyət çox vacibdir.

Təkrar emal dairəvi iqtisadiyyatda çox mühüm bir məsələdir. Hər dövr iqtisadiyyatda plastik, metal, şüşə və elektron tullantılar hər zaman xammal mənbəyi kimi istifadə edilə bilər. Bu da resursların səmərəli istifadəsinə imkan yaradar. Ümumiyyətlə, gələcəkdə sistemin inkişafı üçün tullantıların mənbədə çeşidləndirilməsi, ictimai maarifləndirmənin artırılması, regionlarda təkrar emal infrastrukturunun gücləndirilməsi çox vacib şərtlərdir. Buraya yerli bələdiyyələr cəlb edilməlidir. Yəni kiçik kəndlərin ərazisində bələdiyyələr tullantıların idarə olunmasında əsas idarəçilərə çevrilməlidirlər. Bu, dünya təcrübəsində də belədir. Digər tərəfdən özəl sektorun cəlb olunmaası, investisiyanın təşviq edilməsi, rəqəmsal monitorinqin təşkili və smart tullantı texnologiyalarının tətbiq olunması da tullantıların idarə olunmasını yaxşılaşdıra bilər".

Ekoloq Qorxmaz İbrahimli bildirib: “Tullantıların idarə edilməsi, təkrar emal Azərbaycanda yenilik sayıla bilər. Buraya zibil emalı fabrikini əlavə etsək, böyük irəliləyiş saya bilərik. Lakin tullantıların idarə olunması tək fabrik ilə bitmir. Birinci növbədə bələdiyə institutu işləməlidir. Təəssüf ki, bu yoxdur. Çünki tullantı ilkin olaraq mənzillərdə ayrılmalı, bələdiyyələrin təmin etdikləri kiçik konteynerlərdə çeşidlənmiş halda toplanmalıdır. Birinci zəncir olmadan daha böyük zibil konteynerlərindən danışmağa dəymir. Bu mənada kompleks yanaşılmalıdır".

Bu yazı Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahiblərə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri