Icma.az
close
up
RU
Eksprezidentlər Paşinyanın debat təklifindən QAÇDILAR

Eksprezidentlər Paşinyanın debat təklifindən QAÇDILAR

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanın debatda iştirak etmək çağırışına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan eks-prezidentin belə bir debatda iştirak etmək niyyətində olmadığını bildirib. Baqrat Mikoyan bildirib ki, Köçəryan uzun müddətdir ki, baş nazirin qeydlərini oxumur.

“Müzakirə üçün mübahisəli mövzu olmalıdır”, - deyən Mikoyan bildirib ki, Qarabağın Azərbaycana təhvil verilməsi indiki baş nazirin şəxsi xidmətidir:

“2018-2024-cü illərdə Ermənistanda bütün hakimiyyət bir nəfərə məxsus idi və bütün hadisələrə görə bu şəxs tam məsuliyyət daşıyır. Bu adam indiki baş nazirdir. Heç kim TikTok-un komik personajı ilə ciddi mövzuları müzakirə etməyəcək”.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan dünən sosial şəbəkədəki qeydlərində bildirib ki, 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması istiqamətində gedib.

Paşinyan bununla Ermənistana rəhbərlik etmiş eks-prezidentləri ittiham edib.

“Başqa heç bir məzmunda danışıqlar prosesi olmayıb. Ermənistan Respublikasında yalnız daxili problemlərin həlli üçün digər məzmunla bağlı danışıqlar aparılıb.

Bu kontekstdə mən böyük səhv etmişəm. 2018-ci ildə əvvəllər aparılan danışıqların məzmununa baxaraq, yuxarıdakıları özümə etiraf etməmişəm. Sizə məlum olan vətənpərvərliyimin modeli bunu etməyə imkan verməyib və ona görə də bütün bunları xalqa izah etməmişəm'”, - Paşinyan vurğulayıb.

Nikol Paşinyan daha sonra eks-prezidentləri debata çağırıb:

"Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərimi əsaslandırmağa hazıram".

Paşinyanın bu qeydlərindən sonra eks-prezidentlər öz nümayəndələri vasitəsilə ona cavab verərək, baş nazirin debata çıxmaq təklifini rədd ediblər.

Həm birinci prezident Levon Ter-Petrosyanən, həm də üçüncü prezident Serj Sarkisyanın nümayəndələri belə bir debatın olmayacağını bildiriblər.

“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə "Dağlıq Qarabağ" üzrə danışıqlar prosesi ilə bağlı yazıma cavab verdilər, amma mən nümayəndələrin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Bu gün vəzifəmə etiraz edən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan sosial şəbəkədə yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri