4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
“Digital Impact 2026” tədbirində texnoloji və yaşıl transformasiyanın müəssisələrin fəaliyyətinə müsbət təsiri, bu istiqamətdə tətbiq olunan praktik həllər və real təcrübələr müzakirə edilib.
AZƏRTA xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin “MEXT Texnologiya Mərkəzi” tərəfindən sənaye müəssisələrinin transformasiyasına həsr olunmuş “Digital Impact 2026” tədbiri keçirilib. Tədbirin əsas məqsədi texnoloji və yaşıl transformasiyanın sənaye müəssisələrinin fəaliyyətinə, məhsuldarlığına və rəqabət qabiliyyətinə təsiri ilə bağlı təcrübə mübadiləsinin aparılması, həmçinin praktik tətbiq nümunələrinin müzakirəsi olub. Tədbirdə “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbər şəxsləri və transformasiya üzrə məsul mütəxəssisləri, digər yerli şirkətlərin nümayəndələri, eləcə də sənayenin müasir çağırışlarına uyğun akademik tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və elm-sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə yerli universitetlərin və akademik dairələrin təmsilçiləri iştirak ediblər.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” barədə iştirakçılara məlumat verib. Bildirib ki, proqram yerli müəssisələrdə texnoloji və yaşıl transformasiyanın təşviqinə, texnoloji yetkinliyin artırılmasına və transformasiya təşəbbüslərinin praktik tətbiqinə dəstək göstərir.
MEXT Texnologiya Mərkəzinin nümayəndələri Türkiyədə sənaye müəssisələrinin rəqəmsal, yaşıl və süni intellekt əsaslı transformasiyası üzrə təcrübələrini bölüşüblər. Mərkəzin müəssisələrin rəqəmsal hazırlığının qiymətləndirilməsi, transformasiya yol xəritələrinin hazırlanması, qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi və mütəxəssislərin bacarıqlarının inkişafı istiqamətlərində fəaliyyəti barədə məlumat verilib. Həmçinin Türkiyədən praktik nümunələr əsasında süni intellekt həllərinin istehsalın səmərəliliyinin artırılmasına, avadanlıqların boşdayanma müddətlərinin və enerji sərfiyyatının azaldılmasına müsbət təsiri nümayiş etdirilib.
Daha sonra “İnsan və texnologiya vəhdəti” mövzusunda panel müzakirəsi keçirilib. SOCAR Karbamid zavodunun, “Azerfloat”, “Veysəloğlu” və “Azərsun Holdinq” şirkətlərinin transformasiya təcrübələri iştirakçılarla bölüşülüb. Müəssisələrin transformasiya prosesində qarşılaşdıqları çağırışlar, seçdikləri yanaşmalar və əldə etdikləri nəticələr müqayisəli şəkildə təqdim edilib.
Müzakirələrdə, həmçinin, transformasiyanın yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmadığı, idarəetmə yanaşmasının, təşkilati hazırlığın, insan kapitalının və dəyişikliklərin idarə olunmasının da prosesin nəticələrinə birbaşa təsir göstərdiyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Noyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















