Mediaya ayrılan vəsait artırılmalıdır Deputat
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"Milli düşüncəni və milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, media yayımıdır. Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.
"Bir gün əvvəl Media Yayım Şurası Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım etdi. Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsilzikdir. Belə olan halda, məsələn, 68 milyonun 53,5 milyonu televiziyalara, 14,5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz nələrdənsə alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu gələcəyin çağırışıdır", - deyə deputat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 16 Noyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















