Icma.az
close
up
RU
El ədəbiyyatı xiridarı

El ədəbiyyatı xiridarı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Folklorşünas alim Elxan Məmmədli Borçalının qədim-qayım ellərindən olan Faxralı kəndində sazın-sözün işığında dünyaya göz açmışdı. Hər dəfə görüşüb ünsiyyət tapanda danışığının axarı boyunca sözündən-söhbətindən ellərimiz boylanırdı. O, bu gün cismən aramızda olmasa da, folklorumuzla, aşıqşünaslıqla bağlı gördüyü işlər könül sərvətimiz kimi ruhumuzun ağuşunda yaşayır.

İndi Elxan Məmmədlinin sözünün və özünün ətri hopan kitabları da könül sərvətlərimiz sırasındadır. O, uzun illər Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Bu gün elxansevərlərin Atatürk Mərkəzində bir araya gəlməsi də səbəbsiz deyildi. Onun “Saz üstündə köklənmişəm”, “Aşıq sənəti – dünən, bu gün və sabah”, eləcə də onun xatirəsinə həsr olunmuş “Sarıtel” ünvanlı Elxan Məmmədli” kitablarının təqdimatı keçirilirdi.

Məclisin moderatoru akademik Muxtar Kazımoğlu dedi:

- Hələ 2006-cı ildə Elxan Məmmədlinin 60 illiyi münasibətilə xatirələrdən və məqalələrdən ibarət bir kitab nəşr olunmuşdu. O kitabda mənim də yazım var. Vəfatından sonra – Elxan Məmmədli haqqında söz deməyə daxili ehtiyac duyulduğundan, həmin kitabdakı yazımdan bir parçanı xatırlatmağı və söhbətimi o parça üzərində qurmağı vacib sayıram. Bu, Elxan Məmmədlinin ustad folklorşünas kimi toplayıcılıq qabiliyyətini özündə ehtiva edir. O, aşıq yaradıcılığına, müasir aşıq mühitinə çox yaxşı bələd idi. Radio və televiziyada aşıq sənəti ilə bağlı çıxışları maraqla qarşılanırdı. Söz xatirinə söz demək onun təbiətinə yad idi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Elxan Məmmədlinin həm bir insan, həm də folklorumuzun daşıyıcısı kimi ən mühüm keyfiyyətlərindən söz açaraq dedi:

- Biz Elxan Məmmədli ilə 45 il bir yerdə işləmişik. Həmin illər ərzində onun sazın-sözün möhtəşəm bilicisi olduğunun dönə-dönə şahidi olmuşam. O, gözəl saz-söz duyumu olan folklorçu idi. Təcnisləri, xüsusən də təcnis sənətkarlığını dərin məharət və həssaslıqla araşdırması çox yerində idi. Dissertasiya işi və onun əsasında hazırladığı monoqrafiyada da təcnis sənətkarlığının daxili mahiyyət və qanunauyğunluğunu çox gözəl və səriştəli şəkildə təqdim edirdi. O, sözün həqiqi mənasında, aşıqşünas idi, klassik ustadlarla yanaşı, XX əsrdə Borçalıda, Göyçədə, Şirvanda, Naxçıvanda, Dərələyəzdə, Gəncəbasarda, o cümlədən də Təbriz-Qaradağda, Urmiyada, Zəncanda yaşayıb-yaradan ustad aşıqların ömür və sənət yolunu canlı şəkildə öyrənən yorulmaz araşdırmaçı idi.

Onu da qeyd etmək lazımdır ki, Aşıq Əmrah Gülməmmədov, Hüseyn Saraclı, xüsusilə də Kamandar Əfəndiyev dəfələrlə Elxan Məmmədlinin əziz qonaqları olurdular. Ona görə də o, sazı-sözü, aşıq sənətini böyük həssaslıqla mənimsəmişdi. Özü də bir növ aşıq ensiklopediyasına çevrilmişdi.

Akademik Muxtar Kazımoğlu bir neçə dəfə Elxan Məmmədli haqqında öz fikirlərini məclis iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, “Təcnis sənətkarlığı” adlı qiymətli monoqrafiyanı – fəlsəfə doktorluğu dissertasiyası kimi çox yüksək səviyyədə müdafiə edilən və Azərbaycan folklorşünaslığında xüsusi yer tutan bir əsəri ərsəyə gətirməkdə Elxan Məmmədliyə elmi qaynaqlar nə qədər gərək olubsa, onun ustad aşıqlarla ünsiyyətdən əxz etdikləri də bir o qədər gərəkli olub.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, professor Asif Hacılı, Milli Məclisin üzvləri Elnarə Akimova, Müşfiq Məmmədli, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və başqaları bir-birindən isti, bir-birindən təravətli sözlərlə, söz sərrafi Elxan Məmmədlini qədirşünaslıqla xatırladıqlarını dilə gətirdilər. Daha sonra aşıqlar öz əlvan ifaları ilə tədbirə rəng qatdılar.

Tədbirin sonunda Elxan Məmmədlinin qardaşı, iqtisadçı alim Eldar Hüseynquluoğlu iştirakçılara öz təşəkkürünü bildirdi.

Həzi HƏSƏNLİ,
şair-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri