Əl İttihad dan Ən Nəsiri ilə bağlı sürpriz qərar
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Bu mövsüm qış transfer dönəmində 15 milyon avro qarşılığında ''Fənərbaxça''dan ''Əl-İttihad''a yollanan Yussef Ən-Nəsiri ilə bağlı yeni xəbər var.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı nəhəngi bu futbolçunu Kərim Benzemanın boşluğunu doldurmaq üçün heyətinə qatmış və onunla 2028-ci ilə qədər müqavilə imzalamışdı.
Ancaq bu işbirliyi artıq bu yay başa çata bilər. Bu məlumatı Səudiyyə Ərəbistanının ''Okaz'' nəşri paylaşıb. Orda qeyd olunub ki, mərakeşli forvardın performansı klub rəhbərliyini qane etmir. ''Əl-İttihad'' Ən-Nəsiri ilə ciddi hədəflərə çatmağın mümkün olmayacağını düşünür. Klubun cəmi 2-3 aya bu futbolçu ilə bağlı bu cür qərar verməsi maraq doğurur.
Nəşrin yazdığına inansaq, ''Əl-İttihad'' yayda Ən-Nəsiri ilə vidalaşmaq və onun yerinə daha istedadlı bir mərkəz hücumçusu almaq niyyətindədi. 28 yaşlı futbolçu indiyə qədər yeni klubunda 10 rəsmi oyunda aktivinə yalnız 4 qol, 1 məhsuldar ötürmə yaza bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Aprel 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















