Icma.az
close
up
RU
“El Klasiko” üçün biletlər rekord qiymətə təqdim edildi

“El Klasiko” üçün biletlər rekord qiymətə təqdim edildi

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Barselona” klubu La Liqa çərçivəsində keçiriləcək "Real Madrid"lə qarşılaşma üçün VIP biletlərin satışına start verib.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi bu kateqoriyaya aid biletləri 4000 avro (təxminən 7400 AZN) qiymətinə satışa çıxarıb.

“El Klasiko” üçün VİP biletlərin qiyməti adi bilet qiymətindən dörd dəfə bahadır.

Premium kateqoriyaya daxil olan biletlər azarkeşlərə xüsusi imkanlar təqdim edir. Belə ki, bu biletlərə sahib olan şəxslər ehtiyat oyunçular skamyasına və futbolçulara çox yaxın yerlərdə əyləşmək imkanı əldə edir. Bundan başqa, azarkeşlər stadionun VIP zonasına giriş, eləcə də oyunöncəsi və oyundan sonra təqdim olunan yüksək səviyyəli qonaqpərvərlik xidmətlərindən - yemək və içkilər daxil olmaqla - yararlana bilirlər.

Qeyd edək ki, “Barselona” bu addımla “El Klasiko”ya marağı maksimum səviyyəyə çatdırmaq və kommersiya gəlirlərini artırmağı hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri