Yəməndə hava zərbələri nəticəsində 23 dinc sakin həlak olub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yəmənin cənubundakı Ləhc əyalətində nəqliyyat vasitələrinə endirilən hava zərbələri nəticəsində azı 23 dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.
Husilərin nəzarətində olan SABA agentliyinin məlumatına görə, hadisə Vadi-Maabak ərazisində baş verib.
Husilərin hökumətində səhiyyə qurumunun nümayəndəsi Ənis əl-Əsbahi ölən və yaralananların əksəriyyətinin Taiz əyalətinə üz tutan məcburi köçkünlər olduğunu bildirib.
Husilər hücumun həyata keçirilməsində Səudiyyə Ərəbistanını ittiham ediblər.
Ləhc əyalətinin hakimiyyət orqanları və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin Silahlı Qüvvələrinin nümayəndəsi Məcid ən-Nuzeyli isə hücuma görə husiləri məsul tutublar.
Bu mövzuda digər xəbərlər:Yəməndə hava zərbələri nəticəsində 33 nəfər ölüb
08 Noyabr 2026 09:15
Yəməndə hərbi gərginlik artır: hava zərbələri nəticəsində yeddi nəfər yaralanıb
02 Noyabr 2026 10:50
İsrailin zərbələri nəticəsində Yəməndə ölənlərin sayı 9 a çatdı
26 Sentyabr 2025 15:09
ABŞ ın zərbələri nəticəsində İranda 30 dinc sakin həlak olub
15 İyul 2026 11:34
İsrailin Livana zərbələri nəticəsində 900 ə yaxın dinc sakin həlak olub
17 Mart 2026 07:16
Baxış sayı:107
Bu xəbər 24 Noyabr 2026 04:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















