Icma.az
close
up
RU
“Əl Nəssr” qalib gəldi, Merih Dəmiral əsəbləşdi

“Əl Nəssr” qalib gəldi, Merih Dəmiral əsəbləşdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səudiyyə Ərəbistanı çempionatında 30-cu turun mərkəzi oyununda lider “Əl-Nəssr” “Əl-Əhli”ni qəbul etdi.

Gözlənildiyi kimi, oyun gərgin atmosferdə baş tutdu. Heyətində Mahrez, Touni, Kessye, Merih Dəmiral, Ferlan Mendi kimi ulduzlar olan “Əl-Əhli” bu qarşılaşmaya Asiya Çempionlar Liqasının ikiqat qalibi statusunda çıxmışdı. Bu kollektiv ötən həftə ardıcıl ikinci dəfə Asiyanın ən güclüsü adını qazanmışdı. Amma çempionatda Mattias Yasslenin komandası çətin durumda idi və bu oyun çempionluq mübarizəsini davam etdirə bilmək üçün faktiki son şans idi. Qonaqların bütün cəhdlərinə baxmayaraq, xal qazanmaq mümkün olmadı. “Əl-Nəssr” üçün qələbənin əsasını 76-cı dəqiqədə fərqlənən Kriştiano Ronaldo qoydu. Portuqaliyalı superulduz karyerasının 970-ci, bu mövsüm isə çempionatda 25-ci qolunu vurdu. O, bombardirlər yarışında 3-cü pillədədi. Yekun nəticəni 90-cı dəqiqədə Koman müəyyənləşdirdi. Jorje Jezuşun komandası çox ciddi maneəni itkisiz başa vuraraq çempionluq yolunda mühüm bir addım atdı. Sona 4 tur qalmış “Əl-Nəssr” 1 oyun az keçirən ən yaxın rəqibi “Əl-Hilal” ilə xal fərqini 8-ə çatdırdı.“Əl-Nəssr” bu mövsüm tarixinin 11-ci, Ronaldonun dönəmində isə 1-ci çempionluğunu qazana bilər. Ər-Riyad təmsilçisi sonuncu dəfə 2018/19-da ölkənin ən güclüsü olub.
Matçın sonlarında, necə deyərlər, ara qarışdı, məzhəb itdi. Hər şey yan xəttin yaxınlığında Komanın Merih Dəmirala qarşı hədsiz sərt oyunundan sonra başladı. Maraqlıdı ki, hakim bu epizodda yalnız sarı vərəqə ilə kifayətləndi. Final fitindən sonra isə Türkiyə yığmasının üzvü fransalı futbolçunun üzərinə hücum çəkdi. Merihi həmin anlarda çətinliklə sakitləşdirmək mümkün oldu. Bundan başqa, digər futbolçular arasında da gərginlik yaşandı və oyun bu cür ab-havada yeklunlaşdı. “Əl-Nəsrr”li futbolçular və tribunadakı fanatlar Merihi mümkün qədər qıcıqlandırmağa çalışdılar. Tanınmış müdafiəçi isə buna cavab olaraq fanatlara Asiya Çempionlar Liqasının medalını göstərdi! Hirsi soyumayan Merih stadiondan çıxarkən də sakit durmadı. O, jurnalistlərin və fotoreportyorların yanından keçərkən Komanın zərbəsindən sonra ayağının son durumunu göstərdi və bunları dedi:

“Ayağımın durumuna özünüz baxın. Ayağım az qala qırılacaqdı! Bu ölkədə hər kəs “Əl-Nəssr”in çempionluğuna yardım edir. Hamı onların kuboku qaldırmasını istəyir. Bu, utandırıcı bir durumdu. Əlhəmdülillah, “Əl-Əhli” başqalarının köməyi olmadan qələbələr qazanır”.


Bu sözlərinə görə cəza alması gündəmdə olan 28 yaşlı futbolçu bu olayı sosial şəbəkədə də davam etdirməyi lazım bildi. O, “Əl-Nəssr” fanatlarına medalını göstərdiyi anın şəkillərini “iks”də paylaşaraq “ilk dəfə onların stadionunda ÇL medalı var” sözünü yazdı. Maraqlıdı ki, buna bənzər olay Ronaldo ilə “Əl-Əhli” fanatları arasında da yaşandı. “Qızıl top”un beşqat qalibi oyundan sonra miks-zonada müsahibə verərkən fanatlar əlləri ilə “iki” rəqəmini göstərərək onu sancmağa çalışdılar. Ronaldo isə onlara cavab olaraq “5” rəqəmini göstərdi və Avropada Çempionlar Liqasının beşqat qalibi olduğuna işarə vurdu.
Ünlü futbolçu bu titullardan birini “Mançester Yunayted”in, dördünü “Real”ın heyətində qazanıb. Asiyada hələ ki bu uğuru yaşamaq mümkün olmayıb. Ancaq “Əl-Nəssr” qitədə səviyyəcə ikinci turnir olan və bir növ Avropa Liqasını xatırladan “Asiya ÇL 2” adlı turniri hələ qazana bilər. Komanda finala yüksəlib və mayın 17-də həlledici oyunda Yaponiya təmsilçisi “Qamba Osaka” ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri