Əl yelləyərək təyyarəni saxlatmaq istədilər Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışdan içəri daxil olduqdan sonra əl yelləyərək təyyarəni dayandırmağa cəhd ediblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Köln şəhərindən Rumıniyanın paytaxtı Buxarestə uçan təyyarənin havaya qalxmağa hazırlaşması zamanı baş verib.
Belə ki, yola düşmək üzrə olan təyyarə qapılar bağlandıqdan sonra uçuş-enmə zolağına çıxıb. Bu zaman reysi qaçıran iki rumıniyalı sərnişin hava limanında təcili yardım düyməsini basaraq təcili çıxışdan daxil olublar.
28 və 47 yaşlı iki nəfərin əl yelləyərək təyyarəni dayandırmağa cəhd etməsi və qəfil uçuş-enmə zolağında görünməsi təyyarənin qalxmasını gecikdirib. Onların “Bizi aparın!” deyə qışqıraraq özlərini pilota eşitdirməyə çalışdıqları bildirilir.
Polis hər iki şəxs barəsində Hava Təhlükəsizliyi Qanununu pozduqları üçün qanuni iş başlanıldığını və hadisənin araşdırıldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















