Icma.az
close
up
RU
Əlbəttə ki, bu halların bir sonu olmalı idi Deputat

Əlbəttə ki, bu halların bir sonu olmalı idi Deputat

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası oktyabrın 24-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslər dələduzluq, terrorçuluğa çağırış, kütləvi iğtişaşlara təhrik və digər maddələrlə ittiham olunurlar. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, ədalətin bərpası və hüququn tələblərinə əməl olunması Azərbaycan məhkəmələrinin əsas vəzifəsidir:

"Ədalətin bərpası və hüququn tələblərinə əməl olunması Azərbaycan məhkəmələrinin əsas vəzifəsidir. Azərbaycan cəmiyyəti əmindir ki, kim xalqımızın və dövlətimizin mənafelərinə qarşı addım atıbsa, dövlətçiliyimizi təhdid edən fəaliyyət göstəribsə, o, mütləq məhkəmə qarşısında cavab verəcək. Buna görə də məhkəmələrin ədalətli qərar çıxaracağına və cəzaların da ədalətli olacağına inanırıq”.

Parlamentari deyib ki, bu gün milli maraqlarımıza qarşı müxtəlif platformalarda, o cümlədən informasiya məkanında "yumşaq güc” vasitələrindən istifadə edənlər var:

"Onlar informasiyanın təsir gücündən yararlanaraq ölkəmizin təhlükəsizliyini təhdid etməyə, tarixi zəfərimizi və milli dəyərlərimizi gözdən salmağa çalışırlar. İnternet üzərindən qeyri-etik ifadələr və təhqiramiz çıxışlar, dilimizə və ictimai dəyərlərimizə mənfi təsir göstərənlər var”.

"Bunlarla yanaşı, cinayət xarakterli əməllərə yol verən, xalqımızın və dövlətimizin maraqlarına zidd çağırışlar edən şəxslər də var. Əlbəttə ki, bu halların bir sonu olmalı idi. Mən inanıram ki, məhkəmələr lazımi qərarlar qəbul edəcək və ədalətli cəzalar tətbiq olunacaq. Çünki cəzasız qalan hər bir cinayətkar, yeni cinayətlər üçün motivasiya yaradır. Heç bir cinayət cəzasız qalmamalıdır”-, deyə deputat qeyd edib.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri