Əlbir olan direktorların ikincisi də işdən çıxarıldı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində olan Sabirabad rayonu Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində monitorinq aparıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, monitorinq zamanı məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Bu səbəbdən direktorun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb.
Bundan əvvəl V.Həsənov adına Muğangəncəli kənd tam orta məktəbinin direktoru Afiq Quliyevin də işdən çıxarıldığını yazmışdıq.
Məlum olub ki, B.Qasımov və A.Quliyev ailə üzvlərini bir-birlərinin direktoru olduğu məktəblərdə işə qəbul ediblər. Lakin onlar öz kəndlərindəki məktəblərdə işləyiblər.
Onların işə götürdüyü ailə üzvləri də işdən çıxarılıb. Direktorların yerinə isə hələlik təyinat olmayıb.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















