Elbrus dağındakı kanat yolunda baş verən qəza zamanı 2 nəfər həlak olub, 9 u yaralanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Moskva, 12 sentyabr, AZƏRTAC
Elbrus dağındakı kanat yolunda 2 nəfərin ölümü, 9-nun yaralanması ilə nəticələnən qəza baş verib.
AZƏRTAC xəbər verir ki, Kabardin-Balkar hakimiyyət orqanlarının məlumatına görə, qəzaya dayaqlardan birində problemin yaranması səbəb olub.
Zərərçəkənlər təxminən 3,8 min metr hündürlükdən təxliyə edilib və onlar hazırda xəstəxanalara çatdırılırlar. Regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb müəssisələri yaralıların qəbulu üçün hazırlıq vəziyyətinə gətirilib.
Kabardin-Balkar İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən və iki nəfərin ölümünə, 9-nun yaralanmasına səbəb olan xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi açıb.
Kanat yolunun operatoru “Elbrus MKD” MMC-dir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 12 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















