Icma.az
close
up
RU
Əlcəzair Hava Yolları aviabiletlərdən fransız dilində yazıları çıxarıb

Əlcəzair Hava Yolları aviabiletlərdən fransız dilində yazıları çıxarıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qahirə, 21 aprel, AZƏRTAC

Əlcəzair Hava Yolları şirkəti təyyarə biletlərindən fransız dilində yazıları çıxarıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu qərar Parislə Əlcəzair arasında artan gərginlik fonunda verilib və "güclü simvolik mesaj" kimi dəyərləndirilib.

Əlcəzair Hava Yollarının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbdülqadir Salimi bildirib ki, bundan sonra aviabiletlər ərəb və ingilis dillərində tərtib olunacaq. Məqsəd isə "ərəb ölkələrinin hava yolları şirkətlərinin təcrübəsinə uyğunlaşmaqdır".

Analitiklər bu qərarı “müstəmləkə irsi ilə simvolik qırılma” kimi qiymətləndirirlər. Əlcəzairdə dil heç vaxt neytral olmayıb, əksinə o, həm siyasi, həm də kimlik və tarix məsələsidir.

Çoxsaylı Əlcəzair icmasının mövcud olduğu Fransa həm uçuş sayına, həm də müştəri sayına görə Əlcəzair Hava Yolları üçün ən böyük bazarlardan biridir. Buna görə də fransız dilinin aviabiletlərdən çıxarılması kommersiya ilə bağlı deyil, daha çox "keçmiş müstəmləkə dövrü ilə vidalaşma istəyi"ni əks etdirən güclü bir simvolik mesajdır.

Bundan əlavə, bu qərar qarşılıqlı diplomatik addımlarla eyni vaxta təsadüf edir. Belə ki, ötən çərşənbə axşamı Paris 12 əlcəzairli konsulluq əməkdaşını ölkədən çıxarmaq və səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarını elan edib. Bu isə Əlcəzairin bir gün əvvəl 12 fransız diplomatı ölkədən çıxarmasından sonra baş verib. Bu ardıcıl qərarlar iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar doğurub.

Xatırladaq ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında rəsmi Paris Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyandan sonra pisləşib. Buna cavab olaraq, Əlcəzair Parisdəki səfirini geri çağırıb və Prezident Əbdülməcid Təbbun həmin ilin sentyabr ayında Fransaya planlaşdırılan səfərini ləğv edib. Bu yaxınlarda yazıçı Boualem Sansalın Əlcəzairdə həbsi və digər addımlar vəziyyəti daha da gərginləşdirib. Son vaxtlar Əlcəzair tərəfindən həyata keçirilən tədbirlər Fransanın daxili işlər naziri B.Rötayonın və bir neçə digər nazirin qəzəbinə səbəb olub. Fransa hakimiyyəti hətta "fransızların maraqlarını müdafiə etmək" üçün bəzi Əlcəzair rəsmilərinin bu ölkə ərazisinə girişini məhdudlaşdırmaq qərarına gəlib. Bu il Ramazan bayramı münasibətilə prezidentlər Makron və Təbbun arasında telefon danışığı olub. Bundan sonra Fransanın Avropa və xarici işlər naziri aprelin 6-da Əlcəzairə səfər edib. Bununla da, iki ölkə arasında “bərabər münasibətlərdə yeni mərhələ”nin başlandığı bildirilib. Lakin Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsindən sonra vəziyyət yenidən gərginləşib. Əlcəzair 12 fransızı ölkədən qovub. Buna cavab olaraq, Fransanın Əlcəzairdəki səfiri Stefan Romate məsləhətləşmələr üçün geri çağırılıb. Həmçinin Əlcəzairin Fransadakı diplomatik nümayəndəliklərində çalışan 12 nəfərin bu ölkədən çıxarılmasına dair qərar qəbul edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri