Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Elçibəyin köməkçisi: “Onunla görüşdən imtina etdi, səbəbini isə demədi...”

Elçibəyin köməkçisi: “Onunla görüşdən imtina etdi, səbəbini isə demədi...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

22 avqust Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin anım günüdür.

Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi “Asuan” bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. 

Ə. Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub.

1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə. Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib.

Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri və Bütöv Azərbaycan Birliyinin (BAB) sədri kimi davam etdirib.

Ə. Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

“Cümhuriyət” Əbülfəz Elçibəyin son günlərində onun yanında olan köməkçisi Əli Mürsəloğlu ilə söhbətləşib.

"Cebheinfo.az" müsahibəni təqdim edir.

– Əli bəy, siz Elçibəyin son günlərinə qədər yanında olan azsaylı şəxslərdən birisiz. İllər keçməsinə baxmayaraq, o günlərdən ən çox nə yadınızda qalıb ki, hələ də unuda bilmirsiniz?

– 25 il bundan əvvəl bugünlərdə biz Türkiyənin Ankara şəhərində, Gülhanə xəstəxanasında idik. Bəy ümumiyyətlə, hər zaman xalq, Azərbaycan, onun bütövlüyü, gələcək perspektivləri barədə düşünürdü ki, necə olacaq. Elçibəyin ən çox düşündüyü bu idi ki, Azərbaycanın müstəqilliyinə və bütövlüyünə heç bir xətər gəlməsin. Bəy inanırdı ki, bu proseslər gec-tez başa çatacaq, Qarabağ da alınacaq və bu, təxminən 2025–2026-cı illərdə baş verəcək.

“Hakimiyyətdə Ərdoğan olsaydı, bəyin sonu bu cür olmazdı”

– Həmin günlərdə onun yanına gəlmək, onu görmək və söhbət etmək istəyən çox sayda adam vardı...

– Bəli. Çox sayda adam Bəylə görüşmək istəyirdi. İlk dəfə Bəyin yanına gələnlərdən biri onun dostu İbrahim bəy idi. O, artıq rəhmətə gedib. Çoxları deyirdilər ki, qoymurlar, gəlmək- getmək olmur və s. Amma İbrahim bəy həmin gün təyyarə ilə Bakıdan gəldi, görüşdü və sonra geri döndü. Daha sonra Tənzilə Rüstəmxanlı, Sevil Nuriyeva, İsa Qəmbər, Asim Mollazadə gəlmişdilər. Rəhmətlik Heydər Əliyev səfir vasitəsilə gül göndərmişdi. O gülü şəxsən mən təhvil almışdım. Bəy dedi ki, onu tibb bacılarından birinə verin. Çox gözəl bir gül idi. Azərbaycandan əlavə, Türkiyədən də bir çox adam görməyə gəlmişdi. 
Zəng edənlər də az deyildi. Ovaxtkı Türkiyə Prezidenti Əhməd Necdət Sezər köməkçisi vasitəsilə danışdı. Amma bir məsələni də məsuliyyətlə deyirəm ki, əgər həmin dövrdə hakimiyyətdə Rəcəb Tayyib Ərdoğan olsaydı, bəyin sonu bu cür olmazdı. 

Daha sonra Dövlət Baxçalı gəlib Bəylə görüşdü. Ondan başqa, Bəy ilə görüşə Məsut Yılmaz da gəldi ki, görsün vəziyyəti ağırdır, yoxsa necə. Çünki insanlar bəzən maraq axtarırlar. Bir söz var ki, sən məni maraq üçün axtarırsan, yoxsa narahat olduğun üçün? Məsut Yılmaz isə məhz narahat olduğu üçün gəlmişdi. Türkiyədən bir sıra digər siyasi rəsmilər də Bəyi görmək üçün xəstəxanaya gəlmişdilər.

“Xəstəxanada təkcə onunla görüşdən imtina etdi”

-Bəs elə adam vardı ki, müraciət etdi, amma Bəy onunla görüşmək istəmədi?

-Var, amma adını demirəm. Bəy onunla görüşdən imtina etdi, yəni məsləhət olmadı. Səbəbini demədi. Səbəbi o dünyada haqq –hesabda bəlli olar. Bu sirri məndən başqa kimsə bilmir. Bəlkə həmin adam da səbəbi heç bilmir. Rədd cavabı birbaşa verilməsə də, ortada bir soyuqluq vardı, yəqin özü də hiss edər. 

“Bu uğuru hamı alqışlamalıdır”

– İllər sonra Qarabağ işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, Elçibəyin ən böyük arzularından biri idi. Sizcə, Bəy sağ olsaydı, bu gün baş verənlərə nə deyərdi?

– Əvvəlcə qeyd edim ki, bu, çox böyük bir uğurdur. Bu uğuru hamı alqışlamalıdır. Söhbət Vətəndən, torpaqdan, xalqdan gedir. Millətin bir zamanlar sınıq tərəfi vardı, o da bərpa olundu. Amma Bəyin ən böyük arzularından biri də Bütöv Azərbaycan idi. İnşallah, bu da 2027-2028-ci illərdə  reallaşar. Bəy özü də həmişə deyirdi ki, 2025-26-cı ildə bu məsələ həll olunacaq, 2028-ci ildə də Azərbaycan bütövləşəcək.

Həmişə belə deyirdi: “Mən bu sözləri deyəndə əhəmiyyət vermirsiniz. Sonra bir ingilis, ya başqa biri deyəndə, hamı deyir ki, düz dedi. Amma mən onları 20 il əvvəl söyləmişəm”. 

Bəyin proqnozlarının əksəriyyəti zamanla öz təsdiqini tapır. Bəy deyirdi ki, Rusiya dağılacaq. Dağılır da. Məsələn, soruşurdular ki, Bəy, bu işlərin axırı necə olacaq? Cavab verirdi ki, hər şeyin zamana ehtiyacı var, zaman ən gözəl dərmandır. Bəyin üstünlüklərindən biri də çoxlu atalar sözü bilməsi idi. Həmişə deyirdi: “Atalar sözlərinə kod qoyulub, o kodu açmaq lazımdır”. O, tez-tez belə hikmətli sözləri xatırladırdı. Məsələn, “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”, “Tarix təhqir və böhtanların cəzasını, cəmiyyət isə əsl qiymətini verəcək”, “Allahın bir dəyirmanı var, yavaş dönər, amma döndüyündə çox incə əzər”.

Bəy bir dəfə belə demişdi: “Bir var arzu, biri də var Tanrı haqqı. Gözəl nitqlər söyləyirsiniz, gözəl sözlər deyirsiniz, amma bir düşünün, dedikləriniz həqiqətən haqdırmı?” Yəni sən arzu edə bilərsən, amma hər arzu gerçək olmur. Deyirdi ki, nə edirsinizsə, Əbülfəz götürəcək, amma elə edin ki, Allah götürsün. Çünki hər şeyin ədaləti çaşar, amma Allahın ədaləti çaşmaz. 

– Belə çıxır ki, Bəy bu günü o zamandan görürdü...

– Bəli, Bəy həmişə belə deyirdi. Məsələn, Bakı-Ceyhan məsələsində təklif edirdi ki, onu İran ərazisindən salaq. Naxçıvanın 350 min əhali var. Orada bir neft və ya qaz emalı zavodu tikilsin, hasil olunan neft və qaz orada toplanıb emal edilsin, oranın əhalisi də dolansın, həm də o yol daha güvənli olsun. Təəssüf ki, bunu eləmədilər. İndi Gürcüstan oturub rahat şəkildə həmin yoldan gəlir əldə edir. Niyə Naxçıvan camaatı, niyə Azərbaycan xalqı əziyyət çəkməlidir?

İndi Naxçıvana nə qədər insan gedə bilmir, çünki daha çox təyyarə ilə gediş mümkündür. Bəs niyə dəmir yolu olmasın? Artıq bunlar da reallaşır. Zəngəzur dəhlizi olacaq və Naxçıvanla quru yolumuz açılacaq. 

Bəy deyirdi: “Su akar hep basamak-basamak, benim ise alın yazım yokuşlarda susamak”. Yəni insan haqqı yürüdəndə, ədalətli olanda yolları ağırlaşır, çətinləşir.

Bəy deyirdi ki, mən xalqımı, millətimi Allahımdan daha çox sevdim. Bəziləri buna etiraz edirdi. Amma Allah-Taala bəndəsinə buyurur: “Sən xalqını sev, çünki xalqını sevəni Xaliq də sevər”. 

Elnarə Kərimova
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri