Bir sıra məktəb və bağçaların adları dəyişdirildi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Quba rayonunda yerləşən bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.
Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarında qeyd olunub.
Qərara əsasən, nazirliyin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.
Quba rayonunun məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəzlənib.
Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbir, Alekseyevka adı Çinarlı ilə dəyişdirilib.
Dəyişikliklər “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.
Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















