Vaşinqton hücum planları hazırlayır
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Region ölkələri ABŞ-İran müharibəsinin yenidən başlamasının qarşısını almaq üçün diplomatik səylərini gücləndirsə də, Amerika mediasının yaydığı məlumatlar və ABŞ rəsmilərinin açıqlamaları Vaşinqtonun yeni hərbi əməliyyat ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper çərşənbə günü ABŞ Prezidenti Donald Trampa İrana qarşı tətbiq edilən dəniz blokadası və mümkün hücum variantları barədə şəxsən məlumat verib.
WSJ qeyd edir ki, Kuperin Trampla keçirdiyi şəxsi brifinq nadir hallarda baş verən hadisədir. Bəzi kabinet üzvlərinin də iştirak etdiyi görüş ABŞ-ın İrana mümkün hücumunun yaxınlaşdığına işarə kimi qiymətləndirilə bilər.
Bu arada, Demokrat senator Kris Merfi iddia edib ki, o və bir qrup senator əvvəlki gün mümkün hücum planları barədə məlumatlandırılıb. O, məsələ ilə bağlı açıqlamasında “Mən sadəcə bunu deyəcəyəm: Planlar ağlasığmazdır” deyib.
Digər tərəfdən, Vaşinqtonla Tehran arasında vasitəçilik səyləri davam edir. İddialara görə, ABŞ-ın vitse-prezidenti JD Vens İrana danışıqları yenidən başlatmağı təklif edən məktub göndərib. ABŞ-ın Ankaradakı səfiri Tom Barrak isə bir gün əvvəl iki ölkə arasında razılaşmanın mümkün olduğunu bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 31 Oktyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















