Elçin Sangu “İcazəsiz fotoşəkil” məhkəmə işini uduzdu
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin məşhur aktrisası Elçin Sangu məhkəmədə uduzub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Elçin Sangu ilə bir mağaza arasında 2 reklam filmi və 2 fotoşəkil çəkilişi üçün müqavilə bağlanıb. Tərəflər arasındakı müqavilə 2017-ci ildə başa çatıb. İddiaya görə, Sangu-nun fotoları mağaza tərəfindən icazəsiz şəkildə kommersiya məqsədilə istifadə olunmağa davam edib. Sangu, İstanbul Arbitraj Bürosuna müraciət edərək qarşı tərəf olan mağaza ilə görüşmək istəyib. Lakin razılıq əldə olunmayıb. Bundan sonra isə Sangu-nun vəkili Mesut Kılıç 101 min lirəlik təzminat tələbi ilə məhkəməyə müraciət edib. İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsində görülən işdə Sangu-nun vəkili iddianın qəbulunu, mağazanın vəkili isə rəddini tələb edib.
Məhkəmə sonradan izah ediləcək əsaslarla işi dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 20 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















