Icma.az
close
up
RU
“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” Video

“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” Video

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kiçik qızım atası kimi diş həkimi olmaq istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibəsində deyib.

Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildirib ki, həyat yoldaşının vəfatından sonra peşəsini hərbiçiliyə dəyişib: “Həyat yoldaşımla kollecdə tanış olmuşduq. Hələ də bizim sevgimizdən danışırlar. Deyirlər ki, bir Elçin-Günel var idi, bir-birlərini çox sevirdilər. Həyat yoldaşım şəhid olandan sonra mən yolumu dəyişdim, hərbiyə getdim. Düzdür, burada da tibb sahəsindəyəm. Yoldaşımdan sonra sanki 30 il qocaldım... Sevdiklərin üçün ayaqda durmalı olursan. Üç qız anasıyam. Böyük qızımın 18 yaşı var və tələbədir. Öz biznesini qurmaq istəyir. Ortancıl qızım memar, kiçik qızım isə atası kimi diş həkimi olmaq istəyir. Mən sadəcə qızlarım üçün ayaqda dayanmıram, bu həm də yoldaşıma verdiyim bir sözdür”.

Qeyd edək ki, Mirzəyev Elçin Maqsud oğlu 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir Tibb Kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olub. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlayıb.

Vətən müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb. Oktyabrın 10-u Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyul 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri