Icma.az
close
up
RU
Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır... O, Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır... O, Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Hüseynbala Mirələmovun "Ön sözün möhürlədiyi ədəbi tale" yazısını təqdim edir.

İnsan həyatı bir kitab kimidir, ilk səhifələrinə kimin qələmi toxunursa, o iz ömrünün sonuna qədər silinmir.

Mənim ədəbi ömrümün ilk səhifəsinə Xalq yazıçısı Elçin imza atıb. O imzanın istisi, o mənəvi xeyir-duanın işığı bu gün də qəlbimin dərinliyində bir çıraq kimi yanır.
Həmin ön söz yalnız mənim nəsr yaradıcılığımı təqdim edən sətirlər deyildi, o, ədəbi yolumu istiqamətləndirən, ustad ön sözü ilə möhürlənən ədəbi taleyimin ilk bənzərsiz bəyanı idi.
Xalq yazıçısı Elçin Əfəndiyev 1986-cı ildə işıq üzü görən “Tənha durna uçuşu” kitabıma ön söz yazmışdı, yaradıcılığımla bağlı səmimi fikirlərini bölüşmüşdü.
Düzdür, mənim ilk hekayəm hələ 1961-ci ildə çap olunmuşdu və o zamandan etibarən yazıb-yaradırdım. Lakin Elçinin ilk kitabımda yer alan o ön sözü həmin vaxt mənim üçün sadəcə ədəbi rəy deyildi — o, sanki ədəbiyyata yönəlmiş bir ömür yolunun təsdiqi idi.

Bu ön söz, ədəbiyyata, yaradıcılığa həsr etdiyim illərin zəhmətinə, axtarışlarına verilmiş bir cavab idi.
Elçinin yazdığı sətirlər məni sözün, fikrin, ədəbiyyatın çətin yollarında addımlamağa daha da həvəsləndirib, mənəvi stimulum olub.

O ön söz mənim üçün yazıçı adını daşımağın məsuliyyətini, bu yolun həm yükünü, həm də nurunu anladan ilk yoldaşlıq məktubu kimidir.
Altmışıncılar ədəbi nəslinin görkəmli nümayəndələrindən biri olan Elçinin nəsri yalnız sözlərin zərifliyi və bədii təsvirlərinin zənginliyi ilə seçilmir, eyni zamanda dərin fəlsəfi və ictimai mövzuları, insan talelərinin mürəkkəbliyini ustalıqla əhatə etməsi ilə də fərqlənir.
Elçinin yaradıcılığı mənəvi dəyərlərə, milli kimliyə bağlılıqla yanaşı, insanın daxili dünyasının mürəkkəb qatlarını, onun zəifliklərini, mübarizələrini və qələbələrini də əks etdirir.

Onun qəhrəmanları sadəcə fərdi portret deyil, həm də cəmiyyətin, dövrün aynası idi. Bu səbəbdən Elçinin nəsri təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumbəşəri dəyərə malik ədəbi örnəklər kimi qəbul edilir.
O, sözün qüdrəti ilə insan qəlbinə toxunmağı, onu düşündürməyi, ruhlandırmağı bacarırdı.

Belə bir sənətkarın mənim ilk kitabıma ön söz yazması, bir ömrün ədəbiyyatla əhd bağlaması kimi idi – taleyimin ədəbiyyatla əl-ələ tutub yola çıxması da məhz bu cür təsdiqlənmişdi.
Elçin güclü nəsr ənənəsi ilə ədəbiyyatımızda özünəməxsus bir məktəb yaradıb, bir çox nəsil yazıçılar üçün yol göstərən olub.
... Xatirələr məni 1980-ci illərin əvvəllərinin bir qızmar yayına aparır. O vaxt hələ Lənkəranda yaşayırdım. Həmin vaxt Xalq yazıçısı Anar Elçinlə birgə Lənkərana gəlmişdi.

Birlikdə Lerikin dağlarına, qədim məkanlarına, oradakı yaşı əsrlərlə ölçülən mağaralara, Lənkərandakı tarixi məkanlara baş çəkmişdik.

O səfər mənim üçün sadəcə bir səyahət deyildi, keçmişlə, tarixlə, ədəbiyyatla dolu bir an idi.
Üçümüz də qədim abidələrin, minillik daş kitabələrin qarşısında susqun dayanıb tarixlə danışırdıq.

Mən isə o anlarda həm yazıçı, həm də sadə bir adam kimi düşündüm ki, bu müqəddəs sükut gələcək nəsillərə danışılacaq sözləri, hekayələri özündə qoruyub saxlayır.

Elçin o zaman bu yerlərin sükutunu necə gözəl anlayırdı...

Elə bil məxsusi olaraq Anarla birlikdə o dağların, o daşların danışdıqları sirləri dinləməyə gəlmişdi. O səfər, o sükut, Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır...
Elçin o zaman gələcəyin içindən bizə baxırdı, indi isə keçmişdən gələcəyə baxır...

Əziz dostumuz, görkəmli yazıçı Elçin bizi yalnız fiziki olaraq tərk edib, amma əminəm ki, onun misilsiz əsərləri ədəbiyyat tariximizdə, işıqlı xatirəsi isə millətimizin ürəyində əbədi yer tutacaq.

Mənim yaddaşımda isə Elçin daim gəncliyimin unudulmaz ön söz xatirəsi kimi yaşamağa davam edəcək...

1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı" Bəxtiyar Vahabzadənin ev-muzeyində yubiley sərgisi keçirildi Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni növ kəşf edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri