Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

Belarusla əlaqələrimiz genişləndirəcəyik

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Elçinin gündəliklərindən

Elçinin gündəliklərindən

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Xalq yazıçısı Elçinin vəfatından qırx gün keçir. Qırxı ərəfəsində arxivimdən Elçinin vaxtilə mənə verdiyi mətni tapdım. Bu, gündəliyindən səhifələrdir. Bilmirəm, bu səhifələri haradasa, haçansa çap edib, ya yox. Çap olunubsa belə, bu mətni bir daha oxuculara çatdırmaq istəyirəm. Həm ötüb keçən günlərin munis xatirəsi kimi, həm də itirdiyim dostlarımın -

Araz Dadaşzadənin, Elçinin, mənim münasibətlərimizin dəyərli və kədərli örnəyi kimi.

ANAR

sentyabr, 2025

I

Günorta Anar zəng elədi ki, Araz xəstəxanadadı, gedək ona dəyək və axşam mən maşınla Anarı evlərinin qabağından götürməyə gedəndə Nizama (Elçinin sürücüsü - A.) dedim:

- Arazı tanıyırsan da, mənim dostumu?

- O yaşlı kişini deyirsiniz, Elçin müəllim?

Nizamın Araz barəsində "yaşlı kişi" deməsi mənə çox təsir etdi və bir daha, keçib gedən vaxtın amansız sürətindən xəbər verdi.

Xəstəxanada əvvəlcə Araza dəydik. Nəriman Həsənəliyev də orada idi. Xeyli söhbət etdik, zarafatlaşdıq, amma bu söhbətin də, zarafatın da arxasında mənim üçün ürəyimi nigarançılıq içində üzən bir gərginlik var idi. Araz xeylaq zəifləyib. Allah kömək etsin və şəfa versin.

Sonra elə həmin xəstəxanada (4-cü idarənin xəstəxanası) yatan Bayram Bayramova və Hüseyn Abbaszadənin arvadı Solmaz xanıma baş çəkdik.

Anar daha bir xəbər verdi ki, hər gün mütəmadi aldığım mənfi emosiyaları daha da "zənginləşdirdi": mühacir Məcid Musazadə Münhendə vəfat edib. Abbasəli Cavidi mərhumun şəklini və bir nekroloq göndərib ki, mən "Odlar yurdu"nda çap elətdirim. Rəhmətliklə bir neçə ay bundan əvvəl Türkiyədə Kayseri konfransında görüşüb tanış olub xeyli səmimi söhbət eləmişdik. 1970-ci ildə "Əli və Nino"nu alman dilindən ilk dəfə Azərbaycan dilinə bu adam çevirib və indi həmin tərcüməni Mirzə Xəzər öz adıyla bizim "Azərbaycan" jurnalında nəşr etdirib. Məcid kişi bu barədə çox yana-yana danışır və romanın 1970-ci ildə "Azadlıq" radiosu ilə Azərbaycan dilində gedən hissələrini mənə göstərirdi. Qurban Səid haqqında məlumatı var idi, dediyinə görə, İtaliyada onun qəbrini ziyarət etmişdi. Xahiş etdim ki, xatirələrini yazıb mənə göndərsin. Söz verdi. Hayıf!.. Allah rəhmət eləsin.

II

Bir dənə ürəkaçan şey yoxdur ki, adam toxdasın. Hər tərəf riyakarlıq, hisslər və sözlər qəlp, cahillik və nadanlıq isə nə qədər istəsən!..

Son günlər (xüsusən son günlər) içim o qədər doludu ki, tanış-bilişlər (misal üçün Nəriman Həsənzadə) onlarla soyuq görüşməyimdən gileylənirlər və bunu mənim get-gedə daha artıq təkəbbürlü olmağıma yozurlar (!).

Yazıq Arazın vəfatı mənim üçün elə bir stressə çevrilib ki, yaxa qurtarmaq mümkün deyil.

Yayda xeyli arıqlayıb zəifləmişdi, amma məhz Araz olduğu üçün (Can-cur Səməd!) adam buna fikir vermirdi, özünün isə əhvalı yaxşı idi, deyib-gülürdü. Zuğulbada bir yerdə idik. Sentyabrda telefonla danışdıq və bu dəfə də böyrəklərindən şikayət elədi, mən də ona məsləhət gördüm ki, xəstəxanada özünü birdəfəlik müayinədən keçirsin. Razılaşdı və xəstəxanaya getdi, sonra məlum oldu ki, müayinədən ötrü Moskvaya yola düşməlidi. Sentyabrın sonlarında, ya da oktyabrın əvvəllərində Anarla birlikdə xəstəxanaya gedib onu yoluxduq. Çox zəif idi, amma həmişəki kimi deyib-gülürdü (Yadıma gəlir, həmin gün Arazdan sonra, Hüseyn Abbaszadənin arvadı Solmaz xanımı yoluxduq, sonra da həmin xəstəxanada yatan Bayram Bayramovun yanına getdik. Həkimlər dedilər ki, B.Bayramov reanimasiyadadır. Ora getdik və Bayram müəllimlə görüşdük. Çıxanda Anar dedi ki, reanimasiyada olmağına baxmayaraq, Bayram hamısından gümrahdır).

Araz Moskvaya getdi, qayıtdı və məlum oldu ki, yenə də Moskvaya gedib xəstəxanada yatmaq lazımdı. Oktyabrın 11-də Anarla zəngləşib əvvəlcə Arif Mansurovun anasının yasına, sonra da Arazgilə getdik. Gecənin yarısınacan orada oturduq. Araz həmişəki Araz idi, deyib-gülürdü. Səhər tezdən Moskvaya yola düşməli idi. Üçümüz də bir yerdə xeyli zarafat eləyib konyak içdik. Hətta evdəki konyak qurtardığı üçün, Moskvada həkimlərə pay vermək üçün qablaşdırdığı konyakları da içməyə başladıq... (Kimin ağlına gələrdi ki, Arazın ömrünün sonuna heç 20 gün qalmayıb?!)

Oktyabrın 12-də Araz Moskvaya yola düşdü. 13-də Anar Moskvaya sessiyaya getdi. 15-də Nüşabə ilə mən Moskvaya, 16-sı isə tezdən Almaniyaya getdik. Moskvada axşam Anara zəng etdim və təbii ki, Arazı soruşdum. Anar onu hələ yoluxmamışdı və sabahda-birigündə yanına gedəcəyini dedi.

Almaniyada tez-tez Arazı yada salırdım və yalnız orada birdən-birə ürəyimi bir nigarançılıq bürüdü: hər dəfə ürəyimdən bir hiss keçirdi ki, Araz vəfat edəcək və o hissi içimdən qovurdum. Bir hadisə heç vaxt yadımdan çıxmır. Bir neçə il bundan əvvəl rəhmətlik professor Fərhad Zeynalov (sağlam, gümrah, şövqlü yeyib-içən bir adam) Şüvəlan Yaradıcılıq evində ötəri bir şey kimi, mədəsinin ağrıdığını dedi və həmin an və birdən-birə mən hiss etdim ki, bu, çox bəd bir işdir və Fərhad bundan qurtara bilməyəcək. Doğrudan da, belə oldu və o zaman  (elə indi də) mən mat qaldım ki, o hiss məndə necə yarandı? Bax, Arazla bağlı beləcə bir hiss də məndə birdən-birə Almaniyada yarandı.

Biz 28-də Moskvaya, 29-da isə Bakıya qayıtdıq. Öyrəndim ki, Araz hələ Moskvadadır və əməliyyat gözləyir. 31-də Yazıçılar İttifaqında Respublika Dövlət Mükafatları Komitəsinin iclası idi, ora getmişdim. Axşam saat 6-da Nəriman Həsənəliyev haradansa Anara zəng elədi və Arazın beş saatlıq çox çətin bir əməliyyat keçirəcəyini dedi. İclasdan sonra Anarla ikimiz restorana getdik və ilk qədəhi Arazın sağlığına içdik, onun zarafatlarından, xasiyyətinin narahatlağından danışdıq. Anar bir az sözlü adama oxşayırdı və yalnız Araz vəfat eləyəndən sonra Anar mənə dedi ki, Abbas (Anarın bacısının əri, Səhiyyə Nazirliyində işləyir) hələ lap əvvəldən Arazın xəstəliyinin xərçəng olduğunu ona deyibmiş.

Noyabrın 2-də işdə telefon zəng çaldı: Arazın müavini İsmayıl Vəliyev idi, Arazın Moskvada vəfat etdiyini xəbər verdi.

Həmin andan da stress içindəyəm.

Anarla birlikdə MK-ya getdik. Mənasız (ideoloji) katibdən onsuz da bir şey çıxmayacağını bildiyimiz üçün təzədən Elmira Qafarovanın yanına getdik və xahişlərimizi dedik: qəzetlərdə hökumət nekroloqu olsun, Fəxri xiyabanda dəfn edilsin və ən əsası isə Moskvada Daimi Nümayəndəliyimiz Aidaya və Aqşinə kömək eləsinlər ki, cənazəni Bakıya gətirə bilsinlər. Bu işlərdə Elmira Qafarovanın böyük köməyi oldu.

Cənazə 2-də axşam gəlməli idi, amma yalnız 4-də səhər gəlib çıxdı: əvvəlcə tabut (bu sözü yazıram və yenə də öz-özümə heyrət edirəm: yəni doğrudan söhbət Arazdan gedir?) hazır olmayıb, sonra Moskvanı duman basıb... Biz isə təyyarəni ayın 3-də gecə gözləyirdik, komendantdan icazə almaq üçün çalışdıq və s. 

Nə isə... 2-də Anarla birlikdə Arazgilə gedəndə Anar dedi:

- Elə həmin şəhərdi, amma Araz yoxdu...

Romiklə (Dostumuz filosof Rəhman Bədəlov - A.) görüşəndə bir-birimizə deməyə söz tapmadıq, sonra Romik dedi:

- Bizimki çox tez başladı...

4-də səhər gedib təyyarəni qarşıladıq. Aida dəhşətli bir vəziyyətdə idi.

Günorta saat 4-də cənazəni Ensiklopediyanın binasından qaldırdıq. Kiçik bir mitinq oldu. Mən danışmaq halında olmadığım üçün danışmadım. Anar danışmaq istədi, amma kövrəldi və danışa bilmədi, sonra küncə çəkilib ürəkdən ağladı.

Mən Anara bir söz deyə bilmədim. Vəli Məmmədov yaxınlaşıb onu sakitləşdirmək istədi.

5-də Arazın üçü, 8-də yeddisi oldu. Dekabrın 9-da qırxı olacaq.

Bu da qısa və quru rəqəmlər.

Həyat isə davam edir.

10 noyabr 1990.

lll

27 dekabr 1990.

On gündür ki, bərk soyuqlamışam və evdən çıxmıram. Xırda-xuruş yazılar, qəzet-jurnal (hərdən kitab...) və tamam bir həvəssizlik... Ənvər Məmmədxanlı bir neçə gün bundan əvvəl vəfat etdi, amma dəfninə də, indiyəcən təziyyəsinə də gedə bilməmişəm. Dəfn olunan günün gecəsi Anar mənə zəng elədi, halımı soruşdu. Mən də Ənvərin harada dəfn olunduğunu soruşdum.

- Arazın yanında...

Bilmirəm, niyə, amma bu xəbər mənə çox təsir etdi.

Arazın, yaxud Ənvərin ağıllarına gələrdi ki, II Fəxri xiyabanda yan-yana yatacaqlar?

Bu sualın özü də əslində ritorikadan başqa bir şey deyil...

Ənvər Məmmədxanlını mən sonuncu dəfə elə yazıq Arazın dəfnində gördüm: Həmişəki boz şlyapası başında, həmişəki qara paltosu əynində siqaret çəkə-çəkə Anarın bacısı Fidanla yanaşı gedirdi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see221

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

18 May 2026 17:47see215

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see205

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

18 May 2026 17:30see200

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see195

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see189

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see187

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see183

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see173

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see170

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see169

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see168

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see166

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see166

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see164

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see163

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see163

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see160

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see159

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri