Icma.az
close
up
RU
Eldar İsmayılovun “mükafatlandırdığı” məşhurlar: Siyahıda kimlər var?

Eldar İsmayılovun “mükafatlandırdığı” məşhurlar: Siyahıda kimlər var?

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun daha öncə müxtəlif vaxtlarda bir neçə tanınmış şəxsə "mükafat" verdiyi üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, bu medala "layiq görülənlər" arasında Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədov da var. Qonşu ölkə lideri bu mükafata 2022-ci “layiq görülüb”.

2013-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin o vaxtki başçısı Şəmsəddin Xanbabayev "Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsindəki mühüm xidmətlərinə, xeyriyyəçilik və quruculuq fəaliyyətinə görə" “Dədə Qorqud” Milli Fondunun “Qızıl ürək” ordeni ilə təltif edilib. pizza sifarişi

2019-cu ildə isə Misra TV-nin rəhbəri Fuad Abbasov “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun "Vətən Övladı" "ordeni" ilə təltif edilib. "Orden"i "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası təqdim edib.

Eldar İsmayılovun məşhur mükafatına layiq görülənlər arasında Milli Azərbaycan Tarixi Muzeyi də var. “Dədə Qorqud” Milli Xeyriyyə Fondu “Hacı Zeynalabdin Tağıyev” "orden"ini Azərbaycan muzeyin direktoru akademik Nailə Vəlixanlı qəbul edib.

Xatırladaq ki, DİN məlumatına görə, saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri