Icma.az
close
up
RU
Eldar Mansurov: Bir gənc mənə şərh yazıb ki, süni intellektlə sizdən yaxşı musiqi yazıram

Eldar Mansurov: Bir gənc mənə şərh yazıb ki, süni intellektlə sizdən yaxşı musiqi yazıram

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Ən yaxşı bəstələr qaldı keçmişdə, ən yaxşı ifalar da elə oralarda. Ölkəmizdə gənclərin bəziləri məni tanıyırlar. Düşünürəm ki, keyfiyyətli musiqini dinləsələr, yaxşı olar".

Bu fikirləri Oxu.Az-a müsahibəsində bəstəkar, Xalq artisti Eldar Mansurov deyib.

Müsahibəni təqdim edirik:

- Azərbaycan musiqisinə danılmaz töhfəniz olub. Keyfiyyətli imzası ilə fərqlənən bəstəkar kimi fikirləriniz maraqlıdır, sizcə, günümüzdə musiqimizin vəziyyəti ürəkaçandır?

- Deməzdim ki, ürəkaçan deyil. Xalq musiqimiz, muğamlarımız çox istedadlı ifaçılar tərəfindən hər zaman yüksək səviyyədə təbliğ olunur. Simfonik musiqimiz də peşəkar orkestr və ifaçıların vasitəsilə tez-tez tamaşaçılar qarşısında uğurlu, alqışlarla səslənir. Daha bir uğurumuz da caz ifaçılarımızla bağlıdır. Onu da qeyd edim ki, bugünkü cazmenlərimiz dahi Vaqif Mustafazadənin layiqli davamçılarıdır.

- Biz bilirik ki, hər ifaçı ilə işləmirsiniz, bunun səbəbi adınıza verdiyiniz dəyərlə bağlıdır, yoxsa başqa səbəbləri var?

- Mən, adətən, heç kimə yox demirəm. Deyəndə də ancaq o adama yox deyirəm ki, nə səsi, nə ritmi, nə də bir şirinliyi var.

- Necə düşünürsünüz, musiqimizdəki ən böyük boşluq nədir?

- Şəxsiyyətlərin olmaması.

- Eldar müəllim, Azərbaycan musiqisində layiq olduğu dəyəri görməyən ifaçı və ya bəstəkar var?

- Bu, təkcə indinin problemi deyil, hələ sovet dönəmində də bir çox sənətkarlar müxtəlif səbəblərə görə layiq olduqları dəyəri ala bilməmişdilər. Hər bir yaradıcı adam sənətini uca tutub, özünü təmənnasız ona həsr etməlidir. Yaradıcı adamlar dünyasını dəyişəndən sonra onları fəxri adları ilə yox, şəxsi adları ilə tanıyırlar.

- Diqqətimi çəkən məqam odur ki, digər ölkələrdə daha çox tanınırsınız. Bəlkə də, yeni dövr gənclərimizin çoxu sizi tanımır. Sizcə, hər kəs keyfiyyətli musiqiləri dinləməlidir, yoxsa bayağı musiqilər də bir seçim kimi qalmalıdır?

- Mən çox şadam ki, artıq xarici ölkələrdə yaradıcılığıma qiymət verib, məni tanıyırlar. Çox şikayət etməyi xoşlamıram. Ölkəmizdə gənclərin bəziləri məni tanıyırlar. Düşünürəm ki, keyfiyyətli musiqini dinləsələr, yaxşı olar.

- Eldar Mansurov olmaq sizdən nələri və ya nəyi aldı?

- Heç nəyi almadı, daha da inam verdi.

- Niyə əvvəl hansısa müğənni oxuyanda adını əzbər bilirdik, lakin indi hər gün biri çıxır, adlarını belə bilmirik. Bu balans niyə pozulub?

- Elə cavabını da özünüz verdiniz, gündə biri çıxır. (gülür)

- Sizcə, sənətkar xalqın içərisində, xalqa yaxın olmalıdır, yoxsa sirli və əlçatmaz qalmalıdır?

- Bütün məşhur ziyalılarımız hər zaman xalqın içərisində olublar və camaatımız tərəfindən seviliblər. Mənim fikrimcə, sirli və əlçatmazlar da xalqı sevirlər, amma hansısa səbəbdən qapalı həyata üstünlük verirlər.

- Eldar müəllim, dolanmaq üçün musiqi bəstələmisiniz, yoxsa yaratmaq üçün?

- Mən həmişə çalışmışam, dolanmağım üçün elə musiqilər yaradım ki, sifarişçi bir də mənə müraciət etsin. Bu da o deməkdir ki, yaxşı əsər hər zaman səni dolandıracaq.

- Bu cür bəstələri hazırlamaq bəsit beynin, ruhun işi deyil, nə yaşayırsınız, nə düşünürsünüz?

- Yaradıcı adamlara verilən istedad Allahın payıdır. Mən də çalışıram, o paydan düzgün istifadə edim.

- Yaradıcılığınız mistikdir, bəstələrinizi dinləyəndə adam heyrətə gəlir ki, bunları bir insan necə bəstələyə bilər?! Amma real həyatda sanki soyuqsunuz, sakitsiniz. Bütün enerjinizi yaradıcılığınıza həsr edirsiniz?

- Mən ümumiyyətlə sakit adamam, səs-küyü xoşlamıram. O ki qaldı enerjiyə, onu bir neçə hissəyə bölmüşəm - ailəmə, yaradıcılığıma və dostlarıma.

- Televiziyada artıq az görünürsünüz. Uyğun veriliş tapa bilmirsiniz, yoxsa üzdə olmaqdan uzaqlaşdıran səbəblər var?

- Vaxt var idi, məni bəstəkar kimi dəvət edərdilər ki, filmə, tamaşaya və ya nələrəsə musiqi yazım. Sonralar isə bir veteran kimi xatirələrimi danışmağa çağırırdılar, elə indiyə qədər də bu davam edir. Eyni şeyləri dəfələrlə danışmaqdan yorulmuşam, ona görə də evdə oturub öz işimlə məşğul olmaq mənə daha xoşdur.

- Azərbaycan televiziyasında sizi nə qane etmir?

- Hər zamanın öz tələbi var. Artıq zaman, adamlar və zövqlər dəyişib. Bu haqda danışmaq istəmirəm.

- Sosial şəbəkələrin, ödənişli reklam kimi amillərin olmadığı bir dövrdə bəstələrinizlə məşhurlaşdınız. Sizcə, günümüzdə yaxşı bəstə və ifa ilə tanınmaq olar, yoxsa artıq o dövr gedib?

- Ən yaxşı bəstələr qaldı keçmişdə, ən yaxşı ifalar da elə oralarda.

- Süni intellekt və insan - hansı daha yaxşı bəstəkardır?

- Bu yaxınlarda bir gənc mənim musiqimə şərh yazdı ki, "indi kompüter dövrüdür, süni intellektlə mən sizdən yaxşı musiqi yazıram". Nə deyim, cavabını özünüz tapın da…

- Mansurovların nəsli 17-ci əsrin əvvəllərindən Bakıda yaşayıb. Əsl bakılı kimi deyin - bugünkü Bakının nəyi var, nəyi yoxdur?

- Bu gün artıq 21-ci əsrdir. Bakı çox gözəlləşib, həm də cavanlaşıb. Amma…

- "Kleopatra" və "Olimp" adlı rok-baletlər yazmısınız. Biri 2000-ci illərdən sonraya təsadüf etsə də, bunların heç birini audio, yaxud videoformatda internetdən tapmaq mümkün deyil. Sözügedən əsərləriniz səhnələşdirilibmi? Ümumiyyətlə, əsərlərinizin arxivini yaratmaq planınız varmı?

- Balet, opera kimi əsərləri səhnələşdirmək üçün maddi dəstək olmalıdır. Bu əsərlərdən bir neçəsini başqa-başqa adlarla instrumental şəkildə sosial şəbəkələrdə yerləşdirmişəm və dinləyicilər tərəfindən yüksək rəylər alıb. Amma düşünürəm, yaxın illərdə simfonik orkestrin ifasında hər iki baletin musiqilərini süita şəklində, konsert formasında dinləyicilərə təqdim edim. O ki qaldı arxivə, bütün musiqiçilər və arxiv işçiləri bilirlər ki, ən səliqəli və etibarlı arxiv məhz məndədir.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see207

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri