Eldar Münhendə konsert verdi.
Olay.az saytına istinadən Icma.az xəbər verir.
“Eurovision–2011” mahnı müsabiqəsinin qalibi, Azərbaycanın tanınmış müğənnisi ELDAR (Eldar Qasımov) Almaniyada “Eurovision”un rəsmi fan-klubu OGAE Germany tərəfindən təşkil olunan illik görüş çərçivəsində Münhendə konsert proqramı ilə çıxış edib.
OLAY yazır ki, ELDAR həmin gecə səhnəni “Eurovision–2016”da Avstriyanı təmsil etmiş Zoë Straub, “Eurovision–2014”də Almaniya adından iştirak etmiş Elaiza qrupu, eləcə də Almaniyada sürətlə populyarlıq qazanan Galant dueti ilə bölüşüb.
Konsert proqramında “Eurovision” tarixinin sevilən hitləri – Euphoria (Loreen), Rise Like a Phoenix (Conchita Wurst) və digər məşhur ifalar səslənib. Gecənin ən yaddaqalan anlarından biri isə ELDAR-ın Azərbaycana 2011-ci ildə qələbə qazandıran “Running Scared” mahnısını ifa etməsi olub.
Tədbir çərçivəsində ELDAR OGAE Germany fan-klubunun fəxri üzvü adına layiq görülüb. Tamaşaçılar, eyni zamanda, müğənninin alman dilində sərbəst ünsiyyətini və səhnədəki səmimi çıxışını xüsusi maraqla qarşılayıblar
Baxış sayı:87
Bu xəbər 09 Fevral 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















