Eldar Qəribovun Fransadakı 34 milyonluq villası və cavabsız suallar (FOTOLAR)
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
UNİBANK-ın Müşahidə Şurasının sədri Eldar Qəribovun Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz villası bir ildən artıqdır ki, müştəri tapa bilmir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, təxminən 34 milyon manata (17 milyon avro) təklif olunan villaya müştəri tapmaq üçün E.Qəribovun əmlak agentləri yenidən fəallaşıb. Artıq elana Avropanın ən lüks elan saytlarından tutmuş, ərəb və rus saytlarında da rast gəlmək olur.
Qeyd etmək yerinə düşər ki, ötən il villa satışa çıxarılanda Azərbaycan-Fransa münasibətlərində gərginlik pik həddə çatmışdı. Həmin vaxt Unibank sahibinin villasını fantastik qiymətə satışa çıxarması diqqət cəlb etmişdi:
Görəsən 2015-ci ildə Fransanın ali mükafatına layiq görülən, cəmi 1 il sonra bu ölkəyə bütün mənalarda yaxın olan Maltadan təxminən 650 min avroya vətəndaşlıq alan Eldar Qəribovu birdən-birə villasını satışa çıxarmağa nə vadar etmişdi? Fransaya yaxınlığın yaratdığı problemlər, yoxsa Azərbaycana bağlılığı? Bəlkə şəxsi səbəblər? Bu suallar elə sual olaraq da qalır- çünki bizdə dəqiq cavabları yoxdur.

2015 cil, 14 aprel. Fransa Prezidentinin Fərmanı ilə bu ölkənin ali mükafatı - "Fransanın Fəxri Legion Kavaleri ordeni” bu ölkənin Azərbaycanda o vaxtki səfiri Paskal Mönye tərəfindən Eldar Qəribova təqdim edilir.
Qeyd edək ki, E.Qəribovun Fransada villasını satışa çıxarması mövzusunu ilk dəfə müstəqil araşdırmaçı-jurnalist Cavanşir Həsənli üzə çıxarmışdı.
İndi isə bu möhtəşəm villanın gözəlliklərindən zövq alaq.
Gəzməyə qərib ölkəVillanın yerləşdiyi - Villefranche-sur-Mer adlanan ərazi Fransanın Cənubi bölgəsində, Fransız Rivyerasında yerləşən bir sahil şəhəridir. Bu ərazi Fransa ilə İtaliya sərhədinə yaxın yerləşir.
Ərazi Saint Jean Cap Ferrat və Beaulieu-sur-Mer kimi prestijli yerlərə yaxın bir məkandır. Bura lüks villalar, möhtəşəm dəniz mənzərələri və müasir imkanları ilə tanınır.

"Villa Art Deco" haqqında:
"Villa Art Deco" villası möhtəşəm Belle Époque üslublu mülk tamamilə yenilənmişdir və Saint Jean Cap Ferrat yarımadasına baxan nəfəskəsici dəniz mənzərəsindən yararlanır. Eyni zamanda möhtəşəm bir park və asma hovuz təqdim edir.
Villa məşhur "La Léopolda" mülkünün yaxınlığında yerləşir.
Villa hər biri dəniz mənzərəsinə açılan 4 yataq otağı olan 320 m²-lik əsas tikilidən və xidmətçi personal üçün nəzərdə tutulan evdən, həmçinin 160 m² sahəsi olan qonaq evindən ibarətdir.

Əsas evin quruluşu belədir:
Zirzəmi mərtəbə: Giriş zalı, qonaq otağı, təchiz olunmuş mətbəx, qonaq tualeti, yemək otağı.
Birinci mərtəbə: İki suite otaq (vanna otağı ilə) və digər suite otaqlar (vanna otağı və qarderob ilə).
İkinci mərtəbə: Geniş dam terası, günəş vannası üçün istirahət zonası.
Zirzəmi: İşçilər üçün mənzil (2 yataq otağı, mətbəx və vanna otağı olan qonaq otağı), camaşırxana otağı, texniki otaq.
Qonaq evi:
Zirzəmi mərtəbə: Qonaq otağı, yemək otağı, mətbəx, tualet, yataq otağı, terras.
Birinci mərtəbə: İki yataq otağı və vanna otağı/tualet.
Nəzarətçi evi: Qonaq otağı, mətbəx və vanna otaqlı yataq otağı.

Villa aşağıdakı imkanlara malikdir:
İstilik sistemli üzgüçülük hovuzu, video nəzarət, kondisioner, səs sistemi, mərmər və ya təbii taxta döşəmə, cakuzi, hamam, açıq hava kinoteatrı, qaraj və geniş avtomobil dayanacağı üçün ikiqat giriş.
Villa ilə məşhur qumarxana və kazinolar cənnəti Monako arasında avtomobil məsafəsi cəmi cəmi 10 dəqiqəlikdir.
Qumar demişkən....Qumar demişkən, xatırlatmaq yerinə düşər ki, Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir. O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar.
"Poker News"un məlumatına görə bankirin oğlu o zaman 25 min "stavka" ilə 1.105.040 dollar və bir ədəd lüks "Style" saatı udub. O vaxtdan Eldar Qəribovun oğlunun qumarla peşəkar şəkildə məşğul olduğu deyilir.
Bəs Eldar Qəribov necə qazanır?Eldar Qəribov "Unibank"ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, qeyd etdiyimiz kimi, Malta vətəndaşlığı var, 2015-ciildə Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - "Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.
Elə həmin 2015-ci ildən başlayaraq, "Unibank"ın səhmdarları arasında pay bölgüsü E.Qəribovun xeyrinə dəyişməyə başlayıb. Belə ki, 2009-cu ildə E.Qəribov təxminən səhmlərin 50 faizinə sahib idi. 2015-ci ildə 56,9%-ə, 2019-cu ildə 77,38%-ə, 2020-ci ildə 86,38%-ə və ən nəhayət, 2023-cü ildə isə 94,08%-ə çatdı.

2023-cü ildə bankda səhmlərin 7.31 faizinin alınması məsələsi də çox maraqlıdır. Bu işdə ona yaxın dostu, Fransada məşhur villasında qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edib. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Görəsən Eldar Qəribov bu alqı-satqını niyə belə dolaşıq yolla edib? Bu da sual olaraq qalır. Çünki bizim bu suala da dəqiq cavabımız yoxdur. Deyəsən heç "Unibank"ın da mövzu ilə bağlı hər hansı açıqlaması yoxdur, hər halda mediada rast gələ bilmədik.
Aydın










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 18 Dekabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















