Icma.az
close
up
RU
Əldə ediləcək razılıqlar İran Azərbaycan münasibətlərində gələcəyə yönəlik yeni əməkdaşlıq imkanları açacaq RƏY

Əldə ediləcək razılıqlar İran Azərbaycan münasibətlərində gələcəyə yönəlik yeni əməkdaşlıq imkanları açacaq RƏY

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər Azərbaycan və İranın yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşıması iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə geniş imkanlar açır. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri hazırda Azərbaycan-İran arasındakı münasibətlərin gündəmindədir. Xüsusilə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana yaxın zaman ərzində planlaşdırılan səfəri dövlətlərarası əlaqələrin məcrasını daha sıx əməkdaşlıq yönünə dəyişəcəyindən xəbər verir.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Hikmət Babaoğlu deyib ki, dost və qonşu ölkə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana gəlməsi mühüm tarixi hadisə olar.

O bildirib ki, xüsusilə, etnik baxımdan azərbaycanlı olan bir prezidentin Azərbaycana səfəri ikiqat tarixi hadisə kimi qiymətləndirilə bilər: “Düşünürəm, Pezeşkianın İrana Prezident olduğu dövrdə həyata keçirdiyi tədbirlər, səsləndirdiyi fikirlər İranın inkişafına xidmət edir. Pezeşkian açıq liderdir. Urmiyada Urmiya gölünün quruması ilə bağlı vətəndaşlarla görüşündəki nitqinə diqqət etsək, görəcəyik ki, sözün əsl mənasında, İran vətəndaşlarının yanında olmaqla onların problemlərini imkanları daxilində həll etməyə çalışır. Təbrizdə Azərbaycan dilində danışmaqla İranın çoxdilli dövlət olduğunu göstərməyə çalışır. Beləliklə, Pezeşkian İran Konstitusiyasını yenidən vətəndaşlara tanıtmaqla məşğul olur. Düşünürəm, mümkün olarsa, Pezeşkian İran vətəndaşlarına daha böyük azadlıqlar verə biləcək qədər cəsarətli, uzaqgörən və müdrik bir prezidentdir. Onun Azərbaycana gəlişi məhz bu kontekstdə İran-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə xidmət edə bilər. Çünki İran və Azərbaycan münasibətlərinin həm iqtisadi, həm kommunikativ, həm də humanitar sahədə böyük perspektivləri, potensialı var. Çox təəssüf ki, İrandakı bəzi şovinist mərkəzlərin qısqanclığı ucbatından bu potensial realizə olunmur. Hörmətli cənab Pezeşkian da bunun fərqindədir. Azərbaycan Prezidenti ilə mümkün görüş baş tutarsa, bu məsələlərin hamısı yenidən müzakirə olunub, gündəmə gətirilə bilər. Dolayısı ilə, İran Prezidenti Pezeşkianın Azərbaycana səfərini iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün təməl yaradacaq səfər kimi görürəm”.

Politoloq Aytən Qurbanova isə bildirib ki, İran-Azərbaycan münasibətləri son bir neçə ildə fərqli mərhələlərdən keçib:

“Çox təəssüf ki, İranın qeyri-konstruktiv mövqeyi, qərəzli bəyanatları və əsassız ittihamları nəticəsində iki ölkə arasında münasibətlərdə gərginlik ən yüksək həddə çatıb. Bu fonda bir çox neqativ hadisələrin şahidi olmuşuq. Son bir neçə ay ərzində, xüsusilə, Pezeşkian hakimiyyətə gəldikdən sonra İran tərəfindən konstruktiv addımların atılması, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində müsbət tendensiyalar müşahidə edilməyə başlayıb. Eyni zamanda qarşılıqlı səfərlərin də daha intensiv xarakter aldığını müşahidə edə bilirik. Son olaraq İran Prezidentinin Azərbaycana gözlənilən səfəri çərçivəsində də məhz münasibətlərinin normallaşması, əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi, gələcək yol xəritəsinin müəyyənləşdirilməsi ilə bağlı önəmli müzakirələrin olacağı ehtimal edilir. Bu müzakirələr cənub qonşumuzla münasibətlərdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Çünki Azərbaycanın xarici siyasət proseslərində ən önəmli istiqamət bütün dövlətlərlə, ələlxüsus, qonşu dövlətlərlə münasibətlərin normallaşması, regional layihələrdə, inteqrasiya proseslərində birgə əməkdaşlıq imkanlarının hər zaman dəyərləndirilməsidir. Bu istiqamətdə, təbii ki, İranla münasibətlərimiz kifayət qədər önəmli xarakter daşıyır. Bir sözlə, Pezeşkianın səfəri çərçivəsində olacaq müzakirələr, əldə ediləcək razılıqlar İran-Azərbaycan münasibətlərində gələcəyə yönəlik yeni əməkdaşlıq imkanlarını da özündə ehtiva edir. Eyni zamanda yeni mərhələnin başlanğıcı ola bilər”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri