Icma.az
close
up
RU
Mehriban Vəliyeva: “Məsud Pezeşkianın səfəri İran Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

Mehriban Vəliyeva: “Məsud Pezeşkianın səfəri İran Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

"İran prezidenti Məsud Pezeşkianın səfəri həm Azərbaycan, həm də Tehran üçün çox böyük əhəmiyyət kəsb edən siyasi hadisə oldu. Türk əsilli İran liderinin Bakıda olduqca isti, doğma insan kimi qarşılanması təsadüfi deyildi. Cənab Məsud Pezeşkian da özünü burada olduqca rahat, xöşbəxt hiss edirdi. O, Azərbaycanda olduğundan qürur duyduğunu, özünü Ərdəbildəki, Təbrizdəki kimi hiss etdiyini bildirdi. Pezeşkianın Bakıda ana dilimizdə danışması, dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydər babaya salam” şeirindən olduqca dərin məzmunu olan bir bəndi oxuması xüsusi diqqət cəlb etdi. Bir çox ortaq dəyərləri bölüşən İran və Azərbaycanı bir-birinə tarixi uzun illərə söykənən mədəni, dini əlaqələr bağlayır. Müəyyən dönəmlərdə ölkələrimiz arasında fikir ayrılıqları olsa da, hakim siyasi iradə bu problemlərin dərinləşməsinin qarşısını alıb. Bu mənada cənab Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərin gələcək kursunun müəyyənləşməsinə mühüm təsir göstərəcək.  Hər iki ölkənin liderləri qarşılıqlı anlaşma nümayiş etdirərək əməkdaşlığın genişləndirilməsi və etimadın bərpası üçün ciddi cəhdlər göstərirlər”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, cənab Pezeşkianın Bakıda verdiyi açıqlamalar, mesajlar olduqca məzmunlu və düşündürücü idi: “İran prezidenti qeyd etdi ki, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərində hüquqlarını tanıyırıq. İndiyə qədər heç bir İran siyasətçisi, lideri Azərbaycanla bağlı bu cür cəsarətli açıqlama verməyib. Cənab Pezeşkianın “Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərində hüquqlarını tanıyırıq” ifadəsindəki tarixə söykənən parolları, mesajları çözməyi mütəxəssislərin öhdəsinə buraxaq. Amma düşünürəm ki, bu mesaj çox aydındır və İran liderindən ölkəmizlə bağlı bundan açıq, konkret açıqlama gözləmək sadəlövhlük olardı.  Təkcə Cənubi Qafqazda deyil,  dünyanın siyasi arenasında özünəməxsus yeri olan ölkəmiz mühüm marşrutların üzərində yerləşir və Avropanın enerji təhlükəsizliyini təmin edən güclü dövlətə çevrilib. Rəsmi Tehran da çalışır ki, strateji marşrutlar həm də İrandan keçsin. Bunu istəmək hər bir ölkənin təbii haqqıdır və milli maraqlardan irəli gəlir. Bakıda təşkil olunan yüksək səviyyəli görüşlərdə iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika sahəsində birgə layihələr, sərhəd təhlükəsizliyi və mədəni münasibətlərin inkişafı kimi mövzular müzakirə olundu. Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirdi ki, ölkələrimiz sülh, təhlükəsizlik və rifah dolu bir region yaratmaq gücündədir. Həmçinin İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər.  O, daha öncə AzTV-yə müsahibəsində  Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə etdi. Bildirdi ki, İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur.

Biz Pezeşkianın timsalında İranın Azərbaycanla bağlı mövqeyində əhəmiyyətli dəyişikliklərin baş verdiyini müşahidə edirik. Tarix göstərir ki, Azərbaycan və İran xalqları arasında əlaqələrin möhkəmləndirilməsi regionda sabitliyin, sülhün və inkişafın təmin olunmasında başlıca şərtdir. Mövcud problemlərə baxmayaraq iki ölkə liderinin  qarşılıqlı dialoq və əməkdaşlığa üstünlük verməsi, yeni mərhələyə keçid üçün siyasi iradə ortaya qoymaları xüsusi vurğulanmalıdır. Düşünürəm ki, Məsud Pezeşkianın Azərbaycana səfəri, sadəcə diplomatik jest, protokol xatirinə atılan bir addım deyil, həm də gələcəyə yönəlmiş vacib strateji yanaşmadır. Azərbaycan və İran xalqlarını birləşdirən tarix, mədəniyyət və ortaq dəyərlərə söykənən siyasi liderlər arasındakı dostluq münasibətləri qarşıdakı dövrdə daha da möhkəmlənəcək, regionun sabitliyi və inkişafına töhfələr verəcəkdir”.

Millət vəkili onu da qeyd etdi ki, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir və münasibətlərdə yeni səhifə açacaq: "Bütün anlaşılmazlıqlara baxmayaraq ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqddır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb.

İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə 2024-cü ildə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması əlaqələrimizi daha da gücləndirə bilər. Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi də əlaqələrimizdə çox vacib yer tutur. Bütün bunlar göstərir ki, əlaqələrimizin inkişafı üçün geniş potensial mövcuddur. Cənab Prezident İlham Əliyev keçirilən birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. İmzalanan sənədlər də onu göstərir ki, ölkə rəhbərlikləri  bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmağa çalışır. Məqsəd birdir. İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaq. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Tarixi əlaqələrimiz yenidən bərpa olunmalı və inkişaf etdirilməlidir. Yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlarımız arasındakı tarixi-dini bağlar münasibətlərimizi gücləndirməyi diktə edir. Tarixin müəyyən dönəmlərində Azərbaycan-İran münasibətlərində müşahidə olunan gərginlik bu gün aradan qalxmaq üzrədir. İran rəhbərliyində təmsil olunan ayrı-ayrı güclərin arasındakı fikir ayrılıqları bəzən əlaqələrimizin lazım olan səviyyədə inkişafına mane olur. Odur ki, biz də milli maraqlarımızı əsas götürərək balansı qorumağa çalışırıq. Amma bu gün Pezeşkianın timsalında münasibətlərimizi gücləndirmək üçün yeni səhifə, imkanlar açılıb. Dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatında təmaslarımızı artırmaqla regionda uzunmüddətli sabitliyi bərqərar edə bilərik.”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see209

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see192

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri