Elden Ring bədii filminin çəkilişlərinə start verildi
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Aleks Qarlendin rejissorluğu və məşhur "A24" studiyasının istehsalı ilə ərsəyə gələcək "Elden Ring" bədii filminin çəkilişlərinə start verilib.
Kulis.az xəbər verir ki, eyniadlı populyar videooyunun ekran adaptasiyası olan bu layihənin çəkilişləri Böyük Britaniyanın müxtəlif yerlərində, o cümlədən Şotlandiyada aparılacaq.
Filmdə baş rolları Kit Konnor, Nik Offerman, Keyli Speyni və Ben Vişou canlandırırlar.
Dünya miqyasında milyonlarla pərəstişkarı olan oyunun müəllifi Hidetaka Miyazaki olsa da, ekran işi üçün xüsusi əhəmiyyət kəsb edən məqam Corc R. R. Martin faktorudur. "Taxt oyunları" seriyasının müəllifi olan Martin hazırda filmin icraçı prodüseri kimi çıxış edir.
Filmin süjet xətti hələlik tam açıqlanmasa da, hadisələrin "Aradakı torpaqlar" (Lands Between) adlı məkanda cərəyan edəcəyi məlumdur. Qəhrəmanlar burada "Elden Ring"i bərpa etmək və yeni "Elden Lord" olmaq üçün təhlükəli səyahətə çıxacaqlar.
Filmin ssenari müəllifi də Aleks Qarlenddir.
Layihə "A24" ilə yanaşı, Britaniyanın "DNA Films" və videooyun şirkəti "Bandai Namco Entertainment" tərəfindən birgə istehsal olunur.
Yalnız arar səni vurğun gözlərim - Hüseyn Cavid "İndi qayıdıb desəydi ki, bu gün aprelin biridir..." - "Ən xoşbəxt adam" povestindən bir hissə Cəmilənin küləyi - Alber Kamünün essesi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 15 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















