Icma.az
close
up
RU
“Elə bil bütün günü daş daşımışam, harda gəldi yatmaq istəyirəm” Həkimdən XƏBƏRDARLIQ

“Elə bil bütün günü daş daşımışam, harda gəldi yatmaq istəyirəm” Həkimdən XƏBƏRDARLIQ

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səhər işə gələndə avtobusda rahat yorğan-döşəkdə yatırmış kimi yatan biri sonuncu dayanacaqda belə oyanmadığından, qoluna toxunub yuxudan oyatdm. Qadın bir sağına baxdı, bir soluna. Deyəsən, əvvəlki dayanacaqda düşməliydi:

-Vay-vay-vay. Yenə də keçmişəm dayanacağı. Son günlər elə bil daş daşıyıram, harda gəldi yatmaq istəyirəm. Gözüm yuxudan açılmır.

Ümumiyyətlə, son günlər insanlar arasında halsızlıq, xroniki yorğunluq kimi hallar müşahidə olunur.

Bəs, buna səbəb nədir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, bu halları tez-tez müşahidə edir və bunun bir neçə səbəbi ola bilər.

G.Lətifova ilk növbədə buna səbəb kimi havanın dəyişkənliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda həm isti, həm də soyuq iqlim şəraiti hökm sürdüyündən həddindən artıq isti və ya soyuq hava orqanizmin dözümlülüyünü azalda bilər:

“Xüsusilə, kondisionerə alışan insanlar üçün açıq havada temperatur daha kəskin və narahatedici hiss olunur. Halbuki, illər əvvəl də bu cür hava şəraiti mövcud idi, sadəcə olaraq insanların orqanizmi daha dözümlü idi. İndi isə evdə, işdə və avtomobildə daim kondisionerdən istifadə bu dözümlülüyü xeyli azaldıb”.

Terapevt digər səbəblər arasında vitamin çatışmazlığı, xüsusilə də D vitamini əksikliyi və hormonal pozğunluqların yer aldığını nəzərə çatdırıb. Müsahibimiz əlavə edib ki, hormonlardakı disbalans halsızlıq, yuxululuq və ümumi enerjisizlik hissinə səbəb olan ən ciddi faktordur.

Günay Lətifova: Hormonal pozğunluqlar mütləq şəkildə yoxlanılmalıdır

Bundan əlavə, o, yay aylarında günlərin uzanması, havanın gec qaralması və insanların daha aktiv həyat tərzi sürməsinin də yorğunluq hissini artıran amillərdən olduğunu söyləyib:

“Qış aylarında insanlar işdən çıxan kimi evə gedib istirahət edirdilərsə, yayda daha çox sosiallaşır, gec saatlara qədər aktiv qalırlar. Bu rejim də bədənin istirahət ritmini pozur”.

G.Lətifova xəbərdarlıq edib ki, əgər bu halsızlıq və yorğunluq hissi uzunmüddətli, yəni bir aydan çox davam edirsə, mütləq şəkildə həkimə müraciət olunmalıdır. İlk növbədə terapevtə, daha sonra isə lazım gələrsə endokrinoloqa müraciət etmək tövsiyə olunur:

“Hormonal pozğunluqlar mütləq şəkildə yoxlanılmalıdır. Eyni zamanda həyat tərzinə də diqqət yetirmək lazımdır. Balanslı və sağlam qidalanmaq, bol su qəbul etmək vacibdir”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri