Icma.az
close
up
RU
Elədirsə, xalq dastanları, nağıllarını da qadağan etməliyik

Elədirsə, xalq dastanları, nağıllarını da qadağan etməliyik

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə baş verən hadisələrdən sonra seriallarda olan şiddət səhnələrinin çıxarılması müzakirələrə səbəb olub. Bu addımı müəyyən şəxslər normal qəbul etsə də, əksəriyyət belə səhnələrin çıxarılmasını düzgün hesab etmir. Onlar bildirir ki, təkcə seriallardan şiddət səhnələrinin çıxarılması ilə iş bitmir.
Məsələ ilə bağlı kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, 20-ci əsrdən etibarən sənət, incəsənət, bədii əsərlər, kitablar, romanlar, detektiv ədəbiyyat, daha sonra radio, kino və fotoqrafiya, hətta televiziya verilişləri, o cümlədən kino filmləri və serialların insan psixologiyasına, xüsusən də yeniyetmələrin dünyagörüşünə təsiri və onların fərd kimi formalaşmasına göstərdiyi təzyiq barədə çoxlu mübahisələr gedir:
"Sosioloqlar, kulturoloqlar, yazıçılar, incəsənətçilər, ədəbiyyatşünaslar, cəmiyyətşünaslar, kriminalistlər, hüquqşünaslar və ictimai xadimlər bu polemikada öz fikirlərini ortaya qoyublar. Amma bu müzakirələr hələ də yekun deyil.
Sözsüz ki, insanı formalaşdıran digər amillər kimi, kriminal elementləri əks etdirən sənət nümunələrinin də yeni nəslin, xüsusən uşaqların və yeniyetmələrin formalaşmasına müəyyən təsiri var. Amma uşaqlıqda oxuduğumuz dastanlar, nağıllar, romanlar, baxdığımız filmlər, seriallar və kompüter oyunlarının bizi birbaşa cinayətə yönəltdiyini demək düzgün deyil. Təsir ola bilər, amma bu həlledici deyil. Qonşuluqda baş verən yanğın və ya qətl hadisəsi kimi qəbul olunmalıdır. Bütünlükdə, əgər filmlər və kitablar insan psixologiyasına mənfi təsir göstərirsə, onda dastan və nağıllara da qadağa qoymalıyıq. Klassik filmləri, cizgi filmlərini, ümumiyyətlə kompüter, sosial şəbəkə və internet resurslarını bağlamalıyıq ki, uşaqları bu cür təsirlərdən qoruyaq. Amma bu, absurddur. Bəli, bəzi psixoloqlar və insanlar bu barədə fərqli fikirlər irəli sürür. Şiddət səhnələri həddini aşdıqda müəyyən təsir göstərə bilər. Amma mədəni, intellektual və estetik düşüncəyə sahib insan üçün bu təsir həlledici olmur".
O bildirib ki, “Məlikməmməd” nağılına və ya “Koroğlu” dastanına baxıb heç kim qılınc götürüb döyüşə getmir:
"“Yeddi oğul istərəm” filmindən sonra da heç kim silah götürüb inqilabi hərəkətə qoşulmur. Şiddət kompüter oyunlarından tutmuş seriallara qədər həddindən artıq təbliğ olunarsa, müəyyən təsir göstərə bilər. Amma insanın psixologiyası və mənəviyyatı sağlam olmalıdır ki, bu təsirlərdən qorunsun.
Psixologiyada qeyd olunur ki, alt şüurda şiddətə, qaranlığa, ölümə, güc nümayişinə maraq mövcuddur. Amma bu istəklərin şüura keçməsi üçün filtr var. Bu filtri formalaşdıran təhsil, elm, mühit və dəyərlərdir. Bu filtr vəhşi instinktlərin qarşısını alır və şüurlu insan belə addımlar atmır. Kriminalistikada cinayəti anlamaq üçün onu hərtərəfli araşdırmaq tələb olunur. Təhlil zamanı aydın olur ki, sosial, iqtisadi, psixoloji və mənəvi amillər insanın kriminal yola yönəlməsində əsas rol oynayır. İnsan özünü başqa sahələrdə təsdiq edə bilmirsə, təhsil, peşə və ya işdə fərqlənə bilmirsə, kriminal düşüncə tərzinə meyl edə bilər".
Kulturoloq deyib ki, qaçaqçılıq, qoçuluq və oxşar davranışlar müəyyən dövrlərdə gənclərin diqqətini cəlb edib:
"Bəzən gənclər sevgi və diqqət çatışmazlığını, işsizliyi və sosial gərginliyi örtmək üçün bu yollara üz tutur. Filmlər və seriallar müəyyən maraq yarada bilər, amma insanın formalaşmasında həlledici rol oynamır. Əgər belə olsaydı, eyni filmlər gəncləri alim, kosmonavt və ya mədəniyyət xadimi kimi də formalaşdırardı.
Bu məsələdə əsas rol təhsilin, tərbiyənin, ailənin və cəmiyyətin üzərinə düşür. Filmləri və serialları günahlandırmaqla problemi həll etmək olmaz. Bu yanaşma həm psixologiya elminə, həm də cəmiyyətə yanlış istiqamət verir. Məsələ kompleks şəkildə müzakirə olunmalıdır. Gənclərin və ailələrin dəstəklənməsi üçün mərkəzlərə və ictimai təşəbbüslərə ehtiyac var. Əgər filmlərin mənfi təsiri ilə bağlı ciddi əsaslar ortaya çıxarsa, bu məsələ yenidən müzakirə edilə bilər. Amma ümumilikdə, məsələyə birtərəfli yanaşmaq düzgün deyil",- deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri