Gürcü spiker: Bəzi Avropa siyasətçiləri zorakılığı sülh adlandırır, bu elədirsə, qoy, öz paytaxtlarında hər gün olsun Yeni Gündəm
Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bəzi Avropa siyasətçilərinin zorakılığı sülh adlandırdığını gördük. Bu sülhdürsə, qoy, öz paytaxtlarınızda hər gün olsun.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Gürcü televiziyalarını açsınlar, onlar üçün də əlçatandır. Onlar videolara, Rustaveli prospektində baş verənləri, polislərə necə hücum edildiyini canlı izləyə bilərlər. Bu müddət ərzində 140 polis əməkdaşının yaralandığını bilirsinizmi? İnsanlara, o cümlədən “Birinci Kanal”ın operatoruna atılan daşlar, “Molotov kokteyli”, pirotexniki vasitələr – avropalıların bütün bunları sülh və dinc nümayiş adlandırması ayıbdır. Bu, bir daha sübut etdi ki, bəzi xarici aktorlar reallıqdan nə qədər qaçırlar və bəziləri gürcü xalqından öz seçimini almaq istəyirlər və bunun üçün hər şeyi edirlər”, – Papuaşvili bildirib.
Baxış sayı:55
Bu xəbər 06 Dekabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















