Icma.az
close
up
RU
Elektrik enerjisi üzrə sabit aylıq tarif sistemi masada: Beynəlxalq təcrübə nə deyir?

Elektrik enerjisi üzrə sabit aylıq tarif sistemi masada: Beynəlxalq təcrübə nə deyir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın enerji bazarında yeni mərhələ başlayır. Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən "Elektroenergetika haqqında" qanun layihəsinə əsasən, elektrik enerjisi üzrə "sabit aylıq tarif" sistemi tətbiq olunacaq. Bu dəyişiklik sadə vətəndaşdan tutmuş iri müəssisəyədək hər kəsi əhatə edəcək və ödəniş sisteminə ciddi yeniliklər gətirəcək.

Maraqlıdır, "sabit tarif" nə deməkdir? Bu mexanizm necə işləyəcək? Sabit tarif təxminən nə qədər ola bilər? Dünya təcrübəsində sabit tarifin məbləği nə qədərdir? Azərbaycanda bu qaydanın tətbiqini zəruri edən amillər nədən ibarətdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Tarif anlayışına yeni baxış

Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların müəyyən məbləğdə sabit aylıq vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Hazırkı sistemdə istehlakçılar yalnız istifadə etdikləri kilovat-saata görə ödəniş edirlər. Əgər bir şəxs bir ay ərzində işığını yandırmayıbsa, heç bir ödəniş etmir. Bu yanaşma elektrik şəbəkəsinin mövcudluğunu, texniki xidmətini və infrastrukturun saxlanmasını nəzərə almır. Yeni təklif olunan "sabit aylıq tarif" məhz bu boşluğu doldurmağa yönəlib.

Qanun layihəsində qeyd olunub ki, sabit tarif aylıq şəkildə, əvvəlcədən müəyyən olunmuş məbləğdə ödəniləcək. İstifadəçi həmin ay enerji işlədib-işlətməməsindən asılı olmayaraq, bu ödənişi etməlidir. Həmin vəsaitlər şəbəkənin texniki işləkliyinin qorunmasına, transformatorların saxlanmasına, infrastrukturun müasir tələblərə uyğun yenilənməsinə sərf olunacaq.

Beynəlxalq təcrübə nə deyir?

Beynəlxalq təcrübəyə nəzər saldıqda, sabit tarifin geniş yayılmış olduğunu görürük. Məsələn, Almaniyada "Grundpreis" adlanan sabit ödəniş komponenti illərdir tətbiq olunur. Burada dövlət enerji sektoruna sahib çıxmır, sadəcə nəzarətçi və tənzimləyici rolunu oynayır.

Böyük Britaniyada da oxşar sistem var. "Standing charge" adlanan sabit ödəniş istifadəçidən hər gün üçün alınır və bu məbləğ sərfiyyatdan asılı deyil. İstehlakçı istifadə etməsə belə, enerji təchizatçısı həmin infrastrukturu onun üçün hazır vəziyyətdə saxlayır və bu xərclər həmin sabit tarif vasitəsilə kompensasiya olunur. Vacib məqam ondan ibarətdir ki, bu ölkədə xidmətin keyfiyyəti çox yüksəkdir, təchizat fasilələri nadirdir, müştəri məmnunluğu ön plandadır.

Fransa da illərdir sabit tarif tətbiq edən ölkələrdən biridir. Burada dövlət müəyyən dərəcədə təchizatçıdır, lakin bazar qismən liberallaşdırılıb və istehlakçılar arasında seçim imkanı mövcuddur.

Niderlandda isə daha fərqli və müasir yanaşma tətbiq olunur. Burada sabit tarif istehlak gücünə əsasən müəyyənləşdirilir. Yəni, istehlakçının evindəki elektrik sisteminin gücü (məsələn, 1 fazalı və ya 3 fazalı) onun sabit tarifini müəyyən edir.

Xərclərin optimallaşdırılması vacib sayılır

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov bildirir ki, infrastruktur təminatı mütəmadi olaraq investisiya və xərclər tələb edir: "Əgər sizə məxsus mənzilə işıq və ya qaz xətti çəkmisinizsə, istehlak etməsəniz belə, cavabdeh olan operator xəttin lazımi səviyyədə qalması ilə bağlı müvafiq istismar xərclərini həyata keçirməlidir. Bu baxımdan operatorların yanaşmasını anlamaq mümkündür. Amma burada ən önəmli məqamlardan biri odur ki, həmin operatorlar özlərinin idarəetmə, menecment xərclərini optimallaşdırmalıdır. Onların öz fəaliyyətlərinin təkmilləşdirilməsinə böyük ehtiyac var. Dövlət tərəfindən uzun illər həmin qurumlara böyük dəstək göstərilib. Bu qurumlar həmin dəstəyin müqabilində öz idarəetməsini, xərclərini optimallaşdıra biliblərmi? Bu barədə çox ciddi fikir mübadiləsi aparılmalıdır. Yalnız bundan sonra hansısa tariflərin artırılmasından söhbət gedə bilər. Tariflərin artırılması, sabit tarif adı altında yeni vəsaitlər toplanılması ən rahat yoldur. Əgər bu qurumların fəaliyyəti effektiv deyilsə, yeni tarif mexanizmi də qeyri-effektiv olacaq. Bu məsələ bir-biri ilə bağlı olmalıdır".

Yeni tarif mexanizmi ədalətli olmalıdır

Mütəxəssis deyir ki, yeni tarif mexanizmi ədalətli olmalıdır: "Tutaq ki, aylıq gəliri 10-15 min manat olan insanla, aylıq gəliri 500 manat olan insanın istehlak etdiyi enerjinin fərqliliyini, real imkanlarını nəzərə alaraq tariflər müəyyən edilməlidir. Əks halda sosial nöqteyi-nəzərdən ədaləti təmin etmək çətin olar. Ona görə burada şaxələndirilmiş yanaşmalar olmalıdır. Belə fikirlər səslənir ki, sabit tarif beş manat olacaq. Yəqin ki, inflyasiyaya görə həmin məbləğ də dəyişəcək. Mütləq şəkildə əhalinin real imkanlarına uyğun tarif siyasəti həyata keçirilməlidir. Yəni, hər kəs üçün aylıq beş manat tarifin müəyyənləşdirilməsi düzgün olmaz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri