Elektriklə işləyən ilk uçuş kostyumu hazırlandı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Almaniyada elektrik mühərriklərindən istifadə edərək hazırlanan uçuş kostyumunun ilk uğurlu sınaqları keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.
Bavariyadan olan Konstantin Landuris üç il ərzində səkkiz elektrik propelleri ilə təchiz edilmiş və insanı havaya qaldıra bilən kostyum üzərində çalışıb. İlk sınaq zamanı o, bir neçə saniyə ərzində yerdən təxminən bir metr hündürlüyə qalxıb.
Məlumata görə, Landuris peşəkar texnoloq deyil və interyer dizayneri kimi fəaliyyət göstərir. O, uçuş kostyumunu yaratmaq üçün internet təlimatlarından və təyyarə modellərinin tədqiqatlarından istifadə edib.
İxtiraçı hesab edir ki, bu cür kostyumlar gələcəkdə təcili yardım xidmətləri üçün böyük əhəmiyyət kəsb edə bilər.
Fidan
Milli.Az
Baxış sayı:103
Bu xəbər 13 Dekabr 2024 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















