Icma.az
close
up
RU
Yeni pensiya sistemi yaradılır Üstünlükləri nələrdir?

Yeni pensiya sistemi yaradılır Üstünlükləri nələrdir?

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Layihəyə əsasən, ölkədə özəl pensiya fondlarının yaradılması planlaşdırılır. Bu dəyişiklik vətəndaşlara dövlət pensiyasından əlavə, özəl fondlardan da əlavə təqaüd almaq imkanı verəcək.

İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondları insanlara müxtəlif töhfələr verə bilər, çünki Dövlət Sosial Müdafiə Fondu ilə müqayisədə üstün cəhətləri çoxdur:

“Özəl pensiya fondlarının yaradılması istiqamətində hər il bir neçə addım atılır, nəticənin əldə olunmasına doğru ciddi irəliləyişlər var. Dövlət Pensiya Fondu hazırkı vəziyyətdə insanların etimadını tam doğrulda bilmir. Ən böyük problem odur ki, insanlar 45-50 il çalışır, pensiya kapitalı toplayır, amma pensiyaya çıxmağa bir gün qalmış dünyasını dəyişsə, həmin vəsait faktiki olaraq ailəsi üçün batmış olur. Yəni o vəsaitdən yararlanmaq mümkün olmur. Yalnız o halda mümkündür ki, həyat yoldaşı öz pensiyasından imtina edərək ərinin (və ya arvadının) pensiyasını götürsün. Bu isə çox qeyri-ədalətli və insanların mövcud sistemə marağını azaldan bir haldır. Özəl pensiya fondlarında isə bu belə olmayacaq. Birmənalı olaraq, şəxs dünyasını dəyişərsə, ora yatırılan vəsait batmayacaq. Ona görə də insanlar bu fondlara maraq göstərəcəklər”.

E.Əmirov qeyd edib ki, özəl pensiya fondlarının rentabelli işləməsi böyük çətinliklərlə üzləşə bilər. Bunun da əsas səbəbi ölkə iqtisadiyyatının investisiya cəlbinə açıq olma məsələsidir:

“Çünki istər pensiya fondları, istərsə də digər investisiya fondları yalnız o halda uğurla fəaliyyət göstərə bilər ki, iqtisadiyyat pul kütlələrini cəlb etmək üçün açıq olsun. Belə olan halda pensiya fondları insanların əmanətlərini iqtisadiyyata yönəldir, gəlir əldə edir və həmin gəlir sonradan vətəndaşlara, pensiyaya çıxdığı zaman və ya vaxtından əvvəl, eləcə də vəfat edərsə, vərəsələrinə qaytarıla bilər. Burada əsas məsələ fondların fəaliyyət şərtləridir. Faiz dərəcələri necə olacaq? İndeksləşdirmə hansı qaydada aparılacaq? Pensiyaçılara hansı əlavə fürsətlər veriləcək? Bütün bunlar hələlik açıq qalan suallardır. Proses tam başa çatdıqdan sonra bu sualların cavabı bəlli olacaq və yalnız ondan sonra biz bu fondların müsbət və ya mənfi tərəflərini tam dəyərləndirə biləcəyik”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Sentyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri