Icma.az
close
up
RU
Elektromobil istehsalı üçün zəruri xammal və ya Qərbin peşimanlığı

Elektromobil istehsalı üçün zəruri xammal və ya Qərbin peşimanlığı

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Planşetlərin, smartfonların, noutbukların istehsalı son 10 ildə sıçrayışla artıb. Bu siyahıya son 5 ildə elektromobillər də əlavə olunub. Qabaqcıl texnologiyaların insan həyatına sürətlə daxil olması xammal və materialların da tərkibinə yenidən baxılmasını zəruri edir. Yaşıl enerjiyə keçid əvvəllər az istifadə edilən kimyəvi maddələrdən istifadəni sürətləndirib. Burada söhbət ilk növbədə nadir elementlərdən gedir? Bəs onların rolu nədən ibarətdir,  harada tətbiq edilir. 

Avtosfer.az xəbər verir ki, bəşəriyyətin ilk tanış olduğu metallardan misin əhəmiyyəti birinci sənaye inqilabından sonra daha da artdı. Ötən əsrin 30-cu illərində alüminium emalının ucuzlaşması nəticəsində qırmızı metala tələbat azalsa da, aradan qalxmadı. 

21-ci əsrin son 10 ilində isə hər 2 metala tələbat tarixi maksimuma çatıb. Səbəb ekoloji təmiz texnologiyalara keçiddir. Mis və alüminium olmadan elektromobil istehsalı mümkün deyil. Daha kiçik və həssas texnologiyaların istehsalı üçünsə nadir metalların tətbiqi mütləqdir. Avstriyalı professor Jüli Mişel Klinger bildirir ki, “nadir metallar dedikdə lantanoidlər qrupundan olan 17 kimyəvi element nəzərdə tutulur. Dövri sistemə nəzər yetirsəniz, onlar 57-ci yerdən 71-ci yerədək qərarlaşıblar. Əslində bu elementlər qıt olmasa da, 1700-cü illərdə verilmiş elmi ad saxlanılır. Bu elementlər bütün elektronika və yüksək dəqiqlikli texnologiyalarda tətbiq edilir. Onların sayəsində son onilliklərdə avadanlıqlar daha kiçik, daha sürətli, güclü və etibarlı olub.

Dünyada nadir elementlərin ən böyük istehsalçısı Çindir. Avropada isə zəruri hesab edilən 34 yatağın 22-si Ukraynada yerləşir. Bu yataqlarda metal və qeyri-metal filizləri ilə yanaşı nadir elemetlər də toplanıb. Bunlar qabaqcıl texnologiyaların istehsalı üçün zəruridir.

Nadir elemetlər ağlınıza gələb bütün sahələrdə tətbiq edilir. Elektromobildə, mobil telefonda, hərbi sənayedə, neft emalında, Günəş enerjisinin alınmasında nadir elemetlərin rolu əvəzsizdir. Məsələn, elektromobil batareyalarının tutumunun artırılmasında və kütləsinin azaldılmasında geniş istifadə edilir.

Ekspertlər bir məqamı da vurğulayırlar. Nadir metallar böyük strateji və iqtisadi əhəmiyyətə malikdir. Lakin onların yataqları qabaqcıl texnologiyaların istehsalı yerindən çox uzaqda yerləşir. Emal prosesi də kifayət qədər mürəkkəbdir. 20-ci əsrin ortalarından etibarən ekoloji və sosial məsələlərə görə istehsal Avropadan Çinə və Cənubi Amerikaya köçürüldü. Son 10 ildə isə Avropa, ABŞ, Kanada və Avstraliya nadir elemetlərin istehsalını lokallaşdırmaq istəyir. Məqsəd Çindən asılılığı minimuma endirməkdir.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri