Icma.az
close
up
RU
Ukrayna və Qrenlandiyanın qlobal elektromobil istehsalı üçün əhəmiyyəti nədir?

Ukrayna və Qrenlandiyanın qlobal elektromobil istehsalı üçün əhəmiyyəti nədir?

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Artıq bir həftədən çoxdur ABŞ hökuməti Qrenlandiyaya qarşı iddialar səsləndirmir. Bunun əksinə, Ukraynaya maraq daha da artıb. Bəs belə bir dönüşün səbəbi nədir? Nə üçün Tramp müharibə tanımayan ölkədən əl çəkərək müharibə gedən ölkəyə üz tutur? Qrenlandiya və Ukraynanın dünyanın ağır sənayesi üçün strateji əhəmiyyəti nədən ibarətdir? Ukraynada filiz hasilatına nə mane olur?

Avtosfer.az xəbər verir ki, dünyada nadir torpaq elementlərin hasilatının 90 faizi Çinin nəzarətindədir. Bu metallar müdafiə sənayesi, elektronika və yaşıl enerji üçün əvəzolunmazdır.

Lakin hasilat monopoliyasının Çində olması indiki ABŞ rəhbərliyini narahat edir. Siyasi gərginlik və ya Pekinin ixrac məhdudiyyəti tətbiq edəcəyi hallarda ABŞ sənayesi ciddi risklə üzləşə bilər.

Tramp da məhz bunun üçün sənaye təhlükəsizliyinə nail olmaq istəyir. Məsələnin həlli yolu isə Qrenlandiya kimi zəngin bir əraziyə nəzarəti ələ keçirməkdir. 1814-cü ildən Danimarkanın nəzarətində olan Qrenlandiyada nadir torpaq metalların ehtiyatı 1,5 milyon tondan çoxdur. Bu ehtiyatlar təkcə elektromobil sənayesi üçün azı 1 əsr kifayətdir. Dünya üzrə zəruri 50 mineraldan 44-ü Qrenlandiyada hasil edilə bilər.  

Lakin bir neçə həftə davam edən gərginlik Avropa ölkələrinin ciddi müqaviməti sayəsində başa çatdı. Bundan sonra Tramp üzünü Ukraynaya çevirdi.

Avropada zəruri hesab edilən 34 yatağın 22-si Ukraynada yerləşir. Bu yataqlarda metal və qeyri-metal filizləri ilə yanaşı nadir elementlər də toplanıb.

Dünya üçün vacib hesab edilən xammalın 5 faizi Ukrayna ərazisindədir. Bu ölkə maqnezium istehsalına görə dünyada 8-ci, titan istehsalına görə 11-ci, qrafit istehsalına görə 14-cü yerdədir. Adı çəkilən elementlər aviasiya, elektromobil, elektronika və müdafiə sənayesi üçün zəruridir.

Lakin Vaşinqtonun Ukraynadakı təbii ehtiyatlara nəzarəti ələ alması üçün 3 ciddi maneə mövcuddur. bunlardan birincisi müharibədir. İkinci amil isə əsas yataqların hazırda Rusiya ordusunun nəzarətində olmasıdır.

Lakin müharibə bu ay başa çatsa belə, ABŞ-nin Ukraynadakı resurslardan yaxın bir neçə ildə gəlir əldə etməsi nəzəri və praktik olaraq mümkün görünmür. Bir mədənin istismara verilərək normal fəaliyyət göstərməsi üçün 10-20 il tələb olunur. Bu gedişlə, ABŞ xammal asılılığını yaxın 10 ildə aradan qaldırılması real hesab edilmir. 

Bir sözlə yaxın onillikdə istər Avropa, istərsə də ABŞ-nin elektromobil istehsalçılarının Çindən asılılıqdan qurtarması real görünmür. Lakin bu asılılığa düz mütənasib olaraq Ukrayna və Qrenlandiyaya maraq da artacaq.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri