Elektromobil sürücülərinin diqqətinə İcazə tələb OLUNMAYACAQ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















