Icma.az
close
up
RU
Elektromobillər 5 dəqiqəyə şarj olunacaq DETALLAR

Elektromobillər 5 dəqiqəyə şarj olunacaq DETALLAR

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinin elektrik avtomobil istehsalçısı BYD-nin 2024-cü ildə satışları ilk dəfə olaraq 100 milyard dollarlıq həddi keçərək "Tesla"nı geridə qoyub. İndi isə 5 dəqiqəlik şarj batareyasını təqdim edən şirkət elektromobil istehsalında dünya birincisi olmağa iddialı görünür.

News24.az xəbər verir ki, Çin avtomobil istehsalçısı bildirib ki, ən son Han L və Tang L modelləri 5 dəqiqəlik şarjdan 400 km (249 mil) məsafəni təmin edən Super E-Platform sistemi ilə təchiz ediləcək.

1000 kVt doldurma sürəti "Tesla" kompressorlarının 250 kVt sürətindən 4 dəfə sürətlidir. Baza Han L sedanının qiyməti 30 min 100 dollar olmaqla ən ucuz "Tesla Model 3"dən 10 min dollardan aşağıdır.

BYD-nin Tang L SUV modelinin qiyməti isə 32 min 700 dollardan başlayır. Super E-Platform doldurma texnologiyası keçən ay ilk dəfə təqdim edildikdə, BYD, istifadəçilərin yanacaq çənini doldurmaq üçün lazım olan müddətdə avtomobillərini təxminən eyni vaxtda doldurmağa imkan verdiyi açıqlayıb.

Qeyd olunub ki, səyahət zamanı istifadəçilərin məsafə narahatlığını tamamilə həll ediləcək.

Hələlik 4 min flaş doldurma stansiyası yalnız Çində mövcuddur. BYD hazırda Avropa tələbatını ödəmək üçün Macarıstanda fabrik qurur. Bu ilin sonundan başlayaraq fabrikdə ildə 300 min avtomobil istehsal etməyə başlayacaq. Şirkət həmçinin bu yaxınlarda gələcək modellər üzərində işləmək üçün Böyük Britaniyada tədqiqat və inkişaf mərkəzinin yaradılması planlarını açıqlayıb.

BYD Çində ən məşhur elektrik avtomobil istehsalçısıdır və ölkədəki bütün EV satışlarının təxminən üçdə birini təşkil edir. Daxili bazarda hökmranlıq etdikdən sonra şirkət son vaxtlar qlobal genişlənməyə diqqət yetirərək, keçən il dünyanın ən çox satılan EV istehsalçısı oldu.

ABŞ-da mövcud olmamasına baxmayaraq BYD "Tesla"nı geridə qoymağa bacarıb. İlon Maskın şirkəti son aylarda Avropada satışların azalması, eləcə də milyarderin ABŞ prezidenti Donald Trampa sədaqəti ilə əlaqəli olan səhmlərin kəskin ucuzlaşmasıyla mübarizə aparıb. (Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Aprel 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri