Elektromobillər bahalaşır benzinli maşınlar da ucuzlaşmır
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Elektriklə çalışan minik avtomobillərinin istifadəsi minimal həddədir.
Bunu Modern.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, benzin mühərrikli minik avtomobilləri ölkəyə ən çox gətirilən, eyni zamanda daxili bazarda ən çox alınıb-satılan avtomobillərdir:
"Ötən illərin statistikasına nəzər salsaq, görərik ki, hibrid avtomobillərə də tələbatda artan xətdir. Lakin yenə də benzinlə işləyən maşınlar üstündür. Buna baxmayaraq benzinlə çalışan avtomobillərin qiymətlərində ucuzlaşma yoxdur. Yeni avtomobillərdə də ucuzlaşma müşahidə edilmir".
Ekspert qeyd edib ki, mühərrik həcmi 3000 kub santimetrdən yüksək olan köhnə avtomobillərinin qiymətində bir qədər ucuzlaşma müşahidə olunur:
"Sırf elektrik enerjisi ilə işləyən avtomobillər ən az sürülən kateqoriyadır".
Eldəniz Cəfərovun fikrinə görə elektromobillərə tələbatın yüksəlməsi infrastrukturdan asılıdır:
"Maşınlar ölkə rəsmi gətirildiyi halda istehsalçı zəmanəti ilə alıcılıq qabiliyyətini yüksəltmək olar. Eyni zamanda enerjidoldurma məntəqələrinin sayı da artmalıdır. Serviz mərkəzlərinin yetərsay olması önəmlidir".
Qeyd edək ki, qanunvericiliklə elektrik enerşisi ilə işləyən minik avtomobillərinin idxalına vergi güzəştləri nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















