Icma.az
close
up
RU
Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir

Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Elektromobil sürücüləri enerjidoldurma məntəqələrinin azlığından şikayətlənirlər. Amma artıq əksər ərazilərdə bu cür məntəqələr mövcuddur. İndi əsas problem onların bəzi hallarda işlək olmamalarıdır.

Elektromobillər artıq həyatımızın reallığıdır. Hər gün onlardan istifadə edənlərin sayı artır. Lakin sürücülər enerjidoldurma məntəqələrinin azlığından şikayətlənirlər. Xüsusilə də rayonlarda. Statistika isə deyir ki, Azərbaycanda 195 məntəqədə 430 elektrik doldurma cihazı quraşdırılıb. Artan tələbat fonunda bu say yetərlidirmi? Ümumiyyətlə, bu sahədə mövcud vəziyyət necədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Davamlı texniki qulluğa ehtiyacları var"

Bloger İlkin Mustafayev deyir ki, özü dəfələrlə rayonlara elektromobili ilə gedib və heç bir problem yaşamayıb: "Beş ildən artıqdır ki, elektromobil istifadə edirəm. Rayonlara rahat şəkildə getmək olur. İlk vaxtlar avtomobil alanda şarj stansiyaları demək olar ki, yox idi. Ümumi 20-yə yaxın stansiya vardı". Blogerin sözlərinə görə, burada əsas məsələ şarj stansiyalarının quraşdırılması deyil, fəaliyyət göstərməsidir: "Bir il öncəyə baxdıqda, mövcud rəqəmdən üç dəfə az şarj stansiyası var idi. Hazırda isə stansiyaların sayı artsa da, bir çox ərazilərdə olan stansiyalar sıradan çıxmış vəziyyətdədir. Davamlı olaraq, stansiyalara texniki qulluq işlərinin aparılmasına gərək var. Çünki Çindən alınan bu stansiyalar tez sıradan çıxır. İşlək vəziyyətdə olan stansiyalarda isə elektromobillərlə əlaqələnmədə müxtəlif çətinliklər yaranır. Bunlar da texniki təmir işləri və ya yazılım xətaları səbəbindən olur".

Bloger bildirir ki, rayon yollarında müxtəlif ərazilərdə şarj stansiyalarının quraşdırılmasının şahidi oluruq. Hətta Şuşa, Xankəndi kimi işğaldan azad olunmuş yaşayış məntəqələrində də bu hal müşahidə edilir. Amma "Azərişıq" tərəfindən quraşdırılmış bu stansiyaların heç biri aktiv vəziyyətdə deyil: "Kiçik batareya həcmli elektromobil ilə bu ərazilərə səyahət edən istənilən şəxs işləməyən bu stansiyalar səbəbindən ciddi problemlər yaşaya bilər".

"Mütləq nəzarət mexanizmi olmalıdır"

İ.Mustafayev bildirib ki, bu kimi problemlər rəsmi şirkətdən alınmamış aparatlarda ortaya çıxır: "Şarj stansiyaları kifayət qədər ciddi ölçüdə enerji ötürürlər. Bu səbəbdən stansiyalar mütləq şəkildə qlobal bazarda öz sözünü demiş və təhlükəsizlik standartlarına ciddi cavab verən markalardan alınmalıdır. İdxal edilib, quraşdırılan stansiyaların bir çoxu mənşəyi bilinməyən, Çin satış saytları sayəsində alınan və heç bir markası olmayan stansiyalardır. Bu stansiyalar nəinki gələcəkdə, indi də müxtəlif problemlərə gətirib çıxarır. Stansiyaların işləməməsi, yüksək istiliyin müşahidəsi, daha az enerji ötürməsi, ən əsası, elektromobillərin batareyalarının ömrünün azalması ciddi problemdir. Bu məsələdə mütləq nəzarət mexanizmi olmalıdır".

"Transformator tapmaq çətindir"

Blogerin fikrincə, rayonlarda enerji gücü nisbətən zəif olduğu üçün bu ərazilərdə daha az şarj stansiyaları ilə rastlaşırıq: "Çünki şarj stansiyaları kifayət qədər böyük həcmdə enerji ötürmə gücünə malikdir və bu enerjini ötürə bilən transformatorlar mövcud olmalıdır. Hazırda ikinci və üçüncü səviyyə enerjidoldurma stansiyaları həm idxal rüsumundan, həm də ƏDV-dən azaddır. Təbii ki, bu, kifayət qədər böyük dəstəkdir. Qonşu ölkələrə baxdıqda bu cür güzəştlərin heç birini onlarda görə bilmərik. Amma quraşdırılma məsələsinə gəldikdə, bu zaman özəl şirkətlərin ciddi problemləri yaranır. Stansiyanın ötürə biləcəyi gücdə transformatorları olan ərazilər tapmaqda çətinlik çəkirlər, müxtəlif qurumlardan bu stansiyaları quraşdırmaq üçün icazələrin alınması da uzun prosesdir. Həmçinin enerji alışı ilə bağlı kifayət qədər rüsum tələb edilir".

Təhlükəli və tənha ərazilərdə olan stansiyalar

İ.Mustafayevin sözlərinə görə, stansiyaların yerləri ilə bağlı da problemlər var. Bir çox hallarda stansiyalar dayanmaq üçün təhlükəli yerlərdədir. Bəzi hallarda isə onların yaxınlığında heç bir iaşə obyekti olmur: "Şarj etmək istəyən şəxs minimum 15, maksimum 50 dəqiqə orada dayanmalıdır. Bu, gecə vaxtına düşdükdə vəziyyət daha da çətinləşir".

"Rentabellik baxımından Bakıya üstünlük verilir"

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, sahibkarlar üçün regionlarda məntəqə yaratmaq elə də əlverişli deyil: "Elektromobillərin şarj cihazları da rüsumlardan azad edilib ki, sahibkarlar ölkədə enerjidoldurma məntəqələrinin yaradılmasında maraqlı olsunlar. Təxminən 12 sahibkar enerjidoldurma məntəqələrinin yaradılmasında iştirak edib. Sadəcə, rentabellik baxımından, əsasən Bakı şəhərində quraşdırırlar. Yaxşı olardı ki, bölgələr də enerjidoldurma məntəqələri ilə təmin edilsin. Xüsusən də Bakıdan uzaqda, sərhəd ərazilərdə yerləşən rayonlar".

E.Cəfərov bildirdi ki, sahibkarlar üçün stimullaşdırıcı addımlar atılmalıdır: "Bunlar tarifdə güzəştlər, subsidiyalar ola bilər. Özəl sektorun hazırda bu sahədəki fəaliyyəti qismən qənaətbəxşdir".

Ekspert avtomobili cihaza qoşarkən yarana biləcək təhlükələrdən də bəhs edib: "Elektromobillərin müxtəlif standartları mövcuddur. Ölkəmizdə əsasən Avropa standartı qəbul edilib. Bu səbəbdən də əksər enerjidoldurma məntəqələri bu standartladır. Amma ölkəmizdə digər standartlara məxsus elektromobillər də mövcuddur. Vətəndaşın Çin standartına uyğun maşını Avropa standartlı cihaza qoşması düzgün deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri