Icma.az
close
up
RU
Sayları artsa da, bəziləri artıq işləmir

Sayları artsa da, bəziləri artıq işləmir

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

lektromobillər artıq həyatımızın reallığıdır. Hər gün onlardan istifadə edənlərin sayı artır. Lakin sürücülər enerji doldurma məntəqələrinin azlığından şikayətlənirlər. Xüsusilə də rayonlarda. Statistika isə deyir ki, Azərbaycanda 195 məntəqədə 430 elektrik doldurma cihazı quraşdırılıb. Artan tələbat fonunda bu say yetərlidirmi? Ümumiyyətlə, bu sahədə mövcud vəziyyət necədir? 

Bloger İlkin Mustafayev deyir ki, özü dəfələrlə rayonlara elektromobili ilə gedib və heç bir problem yaşamayıb: "Beş ildən artıqdır ki, elektromobil istifadə edirəm. Rayonlara rahat şəkildə getmək olur. İlk vaxtlar avtomobil alanda şarj stansiyaları demək olar ki, yox idi. Ümumi 20-yə yaxın stansiya vardı". Blogerin sözlərinə görə, burada əsas məsələ şarj stansiyalarının quraşdırılması deyil, fəaliyyət göstərməsidir: "Bir il öncəyə baxdıqda, mövcud rəqəmdən üç dəfə az şarj stansiyası var idi. Hazırda isə stansiyaların sayı artsa da, bir çox ərazilərdə solan stansiyalar sıradan çıxmış vəziyyətdədir. Davamlı olaraq, stansiyalara texniki qulluq işlərinin aparılmasına gərək var. Çünki Çindən alınan bu stansiyalar tez sıradan çıxır. İşlək vəziyyətdə olan stansiyalarda isə elektromobillərlə əlaqələnmədə müxtəlif çətinliklər yaranır. Bunlar da texniki təmir işləri və ya yazılım xətaları səbəbindən olur".

Bloger bildirir ki, rayon yollarında müxtəlif ərazilərdə şarj stansiyalarının quraşdırılmasının şahidi oluruq. Hətta Şuşa, Xankəndi kimi işğaldan azad olunmuş yaşayış məntəqələrində də bu hal müşahidə edilir. Amma "Azərişıq" tərəfindən quraşdırılmış bu stansiyaların heç biri aktiv vəziyyətdə deyil: "Kiçik batareya həcmli elektromobil ilə bu ərazilərə səyahət edən istənilən şəxs işləməyən bu stansiyalar səbəbindən ciddi problemlər yaşaya bilər".

İ.Mustafayev bildirib ki, bu kimi problemlər rəsmi şirkətdən alınmamış aparatlarda ortaya çıxır: "Şarj stansiyaları kifayət qədər ciddi ölçüdə enerji ötürürlər. Bu səbəbdən stansiyalar mütləq şəkildə qlobal bazarda öz sözünü demiş və təhlükəsizlik standartlarına ciddi cavab verən markalardan alınmalıdır. İdxal edilib, quraşdırılan stansiyaların bir çoxu mənşəyi bilinməyən, Çin satış saytları sayəsində alınan və heç bir markası olmayan stansiyalardır. Bu stansiyalar nəinki gələcəkdə, indi də müxtəlif problemlərə gətirib çıxarır. Stansiyaların işləməməsi, yüksək istiliyin müşahidəsi, daha az enerji ötürməsi, ən əsası, elektromobillərin batareyalarının ömrünün azalması ciddi problemdir. Bu məsələdə mütləq nəzarət mexanizmi olmalıdır".

Blogerin fikrincə, rayonlarda enerji gücü nisbətən zəif olduğu üçün bu ərazilərdə daha az şarj stansiyaları ilə rastlaşırıq: "Çünki şarj stansiyaları kifayət qədər böyük həcmdə enerji ötürmə gücünə malikdir və bu enerjini ötürə bilən transformatorlar mövcud olmalıdır. Hazırda ikinci və üçüncü səviyyə enerji doldurma stansiyaları həm idxal rüsumundan, həm də ƏDV-dən azaddır. Təbii ki, bu, kifayət qədər böyük dəstəkdir. Qonşu ölkələrə baxdıqda bu cür güzəştlərin heç birini onlarda görə bilmərik. Amma quraşdırılma məsələsinə gəldikdə, bu zaman özəl şirkətlərin ciddi problemləri yaranır. Stansiyanın ötürə biləcəyi gücdə transformatorları olan ərazilər tapmaqda çətinlik çəkirlər, müxtəlif qurumlardan bu stansiyaları quraşdırmaq üçün icazələrin alınması da uzun prosesdir. Həmçinin enerji alışı ilə bağlı kifayət qədər rüsum tələb edilir". 

İ.Mustafayevin sözlərinə görə, stansiyaların yerləri ilə bağlı da problemlər var. Bir çox hallarda stansiyalar dayanmaq üçün təhlükəli yerlərdədir. Bəzi hallarda isə onların yaxınlığında heç bir iaşə obyekti olmur: "Şarj etmək istəyən şəxs minimum 15, maksimum 50 dəqiqə orada dayanmalıdır. Bu, gecə vaxtına düşdükdə vəziyyət daha da çətinləşir".

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, sahibkarlar üçün regionlarda məntəqə yaratmaq elə də əlverişli deyil: "Elektromobillərin şarj cihazları da rüsumlardan azad edilib ki, sahibkarlar ölkədə enerji doldurma məntəqələrinin yaradılmasında maraqlı olsunlar. Təxminən 12 sahibkar enerji doldurma məntəqələrinin yaradılmasında iştirak edib. Sadəcə, rentabellik baxımından, əsasən Bakı şəhərində quraşdırırlar. Yaxşı olardı ki, bölgələr də enerji doldurma məntəqələri ilə təmin edilsin. Xüsusən də Bakıdan uzaqda, sərhəd ərazilərdə yerləşən rayonlar".

E.Cəfərov bildirdi ki, sahibkarlar üçün stimullaşdırıcı addımlar atılmalıdır: "Bunlar tarifdə güzəştlər, subsidiyalar ola bilər. Özəl sektorun hazırda bu sahədəki fəaliyyəti qismən qənaətbəxşdir".

Ekspert avtomobili cihaza qoşarkən yarana biləcək təhlükələrdən də bəhs etdi: "Elektromobillərin müxtəlif standartları mövcuddur. Ölkəmizdə əsasən Avropa standartı qəbul edilib. Bu səbəbdən də əksər enerji doldurma məntəqələri bu standartladır. Amma ölkəmizdə digər standartlara məxsus elektromobillər də mövcuddur. Vətəndaşın Çin standartına uyğun maşını Avropa standartlı cihaza qoşması düzgün deyil". 

Mənbə: "Kaspi" qəzeti
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri