Icma.az
close
up
RU
Elektron bülleten sistemindəki texniki səhv vətəndaşı sosial ödənişsiz qoydu

Elektron bülleten sistemindəki texniki səhv vətəndaşı sosial ödənişsiz qoydu

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Səhiyyə sistemində tətbiq edilən yeni elektron bülleten sistemi səbəbindən vətəndaş Ələkbər Əliyevə ödənilməli olan sosial vəsait bir aydan artıqdır ki, verilməyib. Bununla bağlı o, Oxu.Az-a müraciət edib.

Ə.Əliyevin sözlərinə görə, 6 may - 27 may tarixləri arasında xəstəlik səbəbi ilə bülletendə olub:

"Bu müddətin yalnız 14 günü iş yerim tərəfindən ödənilib. Qalan günlər üçün ödənişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən verilməsi nəzərdə tutulurdu. Lakin ƏƏSMN bülleteni 20 iyun tarixində geri qaytardı. Səbəb kimi göstərildi ki, elektron bülletendə "TSEK müayinəsindən imtina" bölməsində "Xeyr" yazılıb. Bildirildi ki, həmin sahə boş saxlanılmalı idi".

Vətəndaş məsələni aydınlaşdırmaq üçün qeydiyyatda olduğu xəstəxananın baş həkiminin qəbulunda da olub. Onun sözlərinə görə, baş həkim qeyd edib ki, bu sahəyə yazılan məlumat həkimlər tərəfindən daxil edilmir, sistem tərəfindən avtomatik əlavə olunur və yalnız Səhiyyə Nazirliyi tərəfindən dəyişdirilə bilər.

Ə.Əliyev qeyd edib ki, artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də ona ödənilməli olan məbləğ verilməyib:

"Dolanışıq və dərman xərclərim var. Bəs bunları kim qarşılamalıdır?"

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparılarkən məlum olub ki, oxşar problemlə üzləşən vətəndaşların sayı az deyil.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən bildirilib ki, "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sistemi"ndə tərtibat zamanı yol verilmiş texniki və ya digər xarakterli səhvlərlə bağlı həmin sənədlərin ləğv edilərək yenidən tərtib olunması, habelə bu vərəqələrin Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ya sığortaedən orqanlar tərəfindən təkrar icraya qəbul edilməsi hazırda qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulmayıb:

"Lakin vətəndaş müraciətləri və praktiki ehtiyaclar nəzərə alınaraq, belə halların aradan qaldırılması məqsədilə Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən düzəlişetmə mexanizmi hazırlanıb və aidiyyəti üzrə müvafiq dövlət qurumları ilə razılaşdırılıb".

Bildirilib ki, hazırda səhv tərtib olunmuş elektron xəstəlik vərəqələrinə düzəlişlərin edilməsi prosesi başlanılıb:

"Bu məqsədlə tibb müəssisələri tərəfindən təqdim edilən siyahılar əsasında texniki və inzibati prosedurlar həyata keçirilir. Səhiyyə Nazirliyi və digər əlaqədar qurumlar vətəndaşların hüquqlarının qorunmasını və belə halların sistematik şəkildə aradan qaldırılmasını təmin etmək məqsədilə işləri davam etdirirlər".

Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sorğu ünvanlamışıq.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyul 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri