Icma.az
close
up
RU
Elektron siqaret qadağası Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası Daha hansı məhsullara şamil olunur?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununla əlaqədar müvafiq cərimələr də müəyyənləşib, belə ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektron siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə ediləcəklər.

Bəs elektron siqaretlərə tətbiq edilən qadağa alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün məhsullarına da şamil edilirmi?

Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı ilə məşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoru Tural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütün məmulatları ilə elektron siqaretlər tamamilə fərqli kateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir: “Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiq dəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektron siqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanın yalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeyd edilib”.

Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütün məmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibində nikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələ gələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılan tütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraq aerozol əmələ gətirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri