Icma.az
close
up
RU
Ənənəvi, yoxsa elektron siqaret: Hansı daha zərərlidir?

Ənənəvi, yoxsa elektron siqaret: Hansı daha zərərlidir?

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif edilib.
Yeniavaz.com
xəbər verir ki, son illərdə gənclər arasında elektron siqaretdən istifadə hallarında nəzərəçarpacaq qədər artım müşahidə olunur və istifadəçilərin bir qismi bunu ənənəvi siqareti tərgitmək istəkləri ilə izah edirlər.
Bəs görəsən, ənənəvi siqaret daha zərərlidir, yoxsa elektron siqaret?
Pulmonoloq  Əsəd Beydullayev Yeniavaz.com-a açıqlamasında bildirib ki, elektron siqaretlərin zərəri ənənəvi siqaretlərdən daha çoxdur:
“Elektron siqaretlər ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda, bir çoxları onları xilaskar kimi görürdü, amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil. Bunun ən əsas səbəbi onların çox təhlükəsiz görünməsidir. Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Təəssüf ki, bu, belə deyil. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur”.
Əsəd Beydullayev qeyd edib ki, elektron siqaretlə bağlı ilk ölüm faktı 2019-cu ildə ABŞ-də qeydə alınıb:
“Xəstəliyə EVALI adı verilib və bu, ağciyərin interstisial xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil, yəni effekti yüksək deyil”.
Pulmanoloq onu da qeyd edir ki, bəzi ölkələrdə elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edir:
“Düşünürəm ki, ölkəmizdə də bu məsələ nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qorunmuş olar”.
Əsəd Beydullayevin fikrincə, elektron siqaretlərin zərərləri barədə maarifləndirici videolar azdır:
“İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır və düşünürlər ki, tüstü insana nə edə bilər ki? Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onların zərərini bilməli və xüsusilə uzaq durmalıdırlar”.
Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri