Icma.az
close
up
RU
Elektron siqaretlərə qadağa: qısamüddətli maraqlar, yoxsa gələcək nəsillərin sağlamlığı?

Elektron siqaretlərə qadağa: qısamüddətli maraqlar, yoxsa gələcək nəsillərin sağlamlığı?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Elektron siqaretlərin qadağan olunması ilə bağlı qanun layihəsinin müzakirə olunur və nəzərdə tutulan qadağanın növbəti ildən qüvvəyə minməsi nəzərdə tutulur. Belə bir qanunun hazırlanması hansı zərurətdən yaranması və digər yaranmış suallara Milli Məclisin deputatı Tahir Mirkişili Ölkə az-a müsahibəsində aydınlıq gətirib.

Qanuna dəyişiklikləri zəruri edən amillərdən danışan deputat deyib:

 - Azərbaycanda buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin 01 fevral 2026-cı il tarixindən etibarən qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırda ictimaiyyətdə ciddi rezonansa səbəb olub. Bununla bizə sosial şəbəkələr, e-mail üzərində xeyli şərhlər, təkliflər də daxil olmaqdadır.
Əvvəlcə qeyd edim ki, müşahidələrimiz göstərir ki, ictimaiyyətin böyük əksəriyyəti qanun layihəsini dəstəkləyir və bu qərarı gələcək nəsillərin sağlamlığının qorunması, xüsusilə yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması baxımından mühüm və zəruri addım kimi qiymətləndirir.

- Qadağa əvəzinə tənzimləmə mexanizminin tətbiqi mümkündürmü?

- Beynəlxalq təcrübədə həm qadağa, həm də tənzimləmə mexanizmlərindən istifadə olunur. Lakin tənzimləmə siyasəti, bir qayda olaraq, konkret məhsulun potensial faydasını artırmaq və mövcud risklərini minimuma endirmək məqsədi daşıyır. Elektron siqaretlər üçün “az zərərli” alternativ anlayışı elmi cəhətdən sübuta yetirilməmiş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rədd edilmişdir. Bu məhsullar, xüsusən də yeniyetmələr arasında nikotin asılılığının qapısını açır, nəfəs yollarına zərərli təsir göstərir və onlardan istifadənin uzunmüddətli sağlamlıq nəticələri isə qorxuc ola bilər. Belə bir kontekstdə tənzimləmə (məsələn, vergi, yaş məhdudiyyəti) riski aradan qaldırmır, yalnız qanuniləşdirir. Qadağa isə məhz məqsədyönlü, riskin mənbəyini birdəfəlik aradan qaldırmaq üçün ən effektiv yol kimi qəbul edilmişdir. Bir çox ölkələr (46 ölkə) də bu yolu seçmişdir.

- Qanun layihəsinin sahibkarlıq subyektlərinə və mövcud iş yerlərinə təsiri necə olacaq?

- İş yerlərinin və investisiyaların qorunması mühüm iqtisadi prinsipdir. Lakin, gələcək nəslin sağlamlığı dövlət siyasətində ən üst prioritet olmalıdır. Nəticəsi qorxunc ola biləcək kimyəvi qarışıqların buxarlarının qəbul olunmasının yaratdığı sosial-iqtisadi xərclər (sağlamlıq xərcləri, əmək qabiliyyətinin itirilməsi, erkən ölümlər) heç bir sahibkarın qazancı ilə müqayisə edilə bilməz. Dövlət, bu sektorda fəaliyyət göstərən sahibkarlara alternativ biznes sahələrinə keçid üçün müəyyən kömək (məlumatlandırma, digər sahələrə yönəlməkdə dəstək) göstərmək nəzərdən keçirə bilər. Bununla belə, əsas məsuliyyət cəmiyyət qarşısında həm də sahibkarlara aiddir. Onların gələcək nəslin sağlamlığını öz mənfəətlərindən üstün tutacağına inamımız tamdır.

- Hazırda anbarlarda mövcud olan və sifariş əsasında yolda olan məhsullarla bağlı hansı tədbirlər görüləcək?

- Qanun layihəsində qadağanın 01 fevral 2026-cı il tarixindən qüvvəyə minməsi məhz bu məsələlərin müəyyən qədər nəzərə alınması məqsədi daşıyır. Bu müddət həm də sahibkarlara mövcud ehtiyatları idarə etmək (məsələn, onları geri qaytarmaq, ləğv etmək), iş modellərini yenidən nəzərdən keçirmək və işçilərin yenidən ixtisaslandırılması üçün vaxt verməyi nəzərdə tutur.

Qeyd edim ki, elektron siqaretlərin qadağan olunması ilə bağlı təşəbbüs hələ 2024-cü ildə Milli Məclisdə irəli sürülüb. Bu baxımdan sahibkarlıq subyektlərinə fəaliyyətlərini uyğunlaşdırmaq üçün dahq əvvəldən keçid dövrü mesajı verilib.

Bəzi sahibkarlar tərəfindən qadağa müddətinin uzadılması və beləliklə də anbarlarda olan məhsulların daha çox satılmasına şərait yaradılması il bağlı təkliflər səsləndirilir. Lakin aydındır ki, bu yanaşma elektron siqaretlərin ölkə daxilində daha geniş yayılmasına və nəticə etibarilə daha çox gəncin zərərli kimyəvi maddələrin təsirinə məruz qalmasına şərait yarada bilər. Amma eyni zamanda, hesab edirəm ki, sahibkarların maliyyə öhdəliklərini nəzərə alaraq bu məsələdə sahibkarlara müəyyən dəstək mexanizmləri də təklif etmək mümkün olacaqdır.  
Bu kontekstdə seçim aydındır: anbarlarda mövcud olan məhsulların iqtisadi dəyəri ilə gələcək nəsillərin sağlamlığı arasında prioritet müəyyən edilməlidir. Sahibkarlıq subyektlərinin də cəmiyyət qarşısında sosial məsuliyyəti mövcuddur. Azərbaycan sahibkarları hər zaman vətənpərvərlikləri və yüksək sosial məsuliyyətləri ilə seçilmişlər. Əminliklə demək olar ki, belə bir seçim qarşısında onlar gələcək nəsillərin sağlamlığını qısamüddətli iqtisadi maraqlardan üstün tutacaqlar.

- Qanun layihəsi siqaret istehsalçılarının mənafeyinə xidmət edir? 

- Təqribi hesablamalara görə Azərbaycana 1 il ərzində 1.5 milyon ədədə yaxın elektron siqaret idxal edilir. 1 il ərzində isə ölkədə 14 milyard ədəd siqaret isə istehlak olunur. Elektron siqaretlər Azərbaycanda istehsal edilən siqaretlərin 0.01%-ni təşkil edir. Belə kiçik bir pay ilə elektron siqaretlər klassik siqaretlərə hər hansı bir rəqabət yaratmır. Demək ki, hətta nəzəri olaraq belə bu iddia doğru ola bilməz. Praktikada isə Azərbaycanda qəbul edilən hər bir qanunvericilik aktı yalnız dövlətə və xalqa xidmət etmək üçün qəbul edilir. Və bu həmişə belə olub.
Beləliklə, əminliklə demək olar ki, bu təşəbbüs, Azərbaycanın gələcək nəsillərinin sağlamlığını və rifahını qorumaq istəyinin güclü ifadəsidir. O, elmi məlumatlara, beynəlxalq təcrübəyə və ictimai rifaha dair məsuliyyətli yanaşmaya əsaslanır. İctimaiyyətin əksəriyyətinin dəstəyi, bu yolun düzgünlüyünü təsdiqləyir. Hesab edirəm ki, bu qanun layihəsi qısamüddətli iqtisadi çətinlikləri ümumi sağlamlıq və sosial rifahın uzunmüddətli faydaları ilə düzgün formada tarazlaşdıra biləcəkdir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Dekabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri