Icma.az
close
up
RU
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”

Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Milli Məclisdə elektron siqaretlərin qadağan olunması ilə bağlı aparılan müzakirələr cəmiyyətdə geniş müzakirələrə səbəb olu.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlərin (Mana Group MMC, Elux Group MMC, Pro Vape MMC, STM Smok MMC, My Vape MMC,  İnar Group MMC, Camel Trading MMC, Z1 MMC və Estm Smok MMC) sahibkarları bildirirlər ki, dövlətin əsas məqsədi olan ictimai sağlamlığın qorunmasını anlayışla qarşılayır və dəstəkləyirlər. Bununla belə, müzakirə olunan qısa müddətli və kəskin qadağa mexanizmi ciddi iqtisadi və sosial risklər yarada bilər.

Sahibkarlarla aparılan müzakirələr göstərir ki, 1 aprel tarixindən etibarən qadağanın tətbiqi bazarda mövcud olan anbar qalıqları və artıq ödənişi edilmiş, hazırda yolda olan məhsullar üçün yetərli zaman deyil. Sahibkarların böyük əksəriyyəti bildirir ki, mövcud stokların qanuni şəkildə realizasiyası üçün ən azı sentyabr ayına qədər keçid müddətinə ehtiyac var.

Hazırkı halda:

•  Küllü miqdarda məhsul artıq aksiz, gömrük və vergi ödənişləri edilərək idxal olunub və ya yoldadır;

• kəskin qadağa 90%-ə yaxın sahibkarın fəaliyyətini dayandırması riskini yaradır;

•  təxminən 2 000 nəfər işsiz qalma təhlükəsi ilə üz-üzədir;

•  banklar və dövlət strukturları kredit gecikmələri, məhkəmə çəkişmələri və sosial gərginliklə qarşılaşa bilər.

Sahibkarlar hesab edirlər ki, keçid dövrünün 6–8 ay (ən azı sentyabr ayınadək) uzadılması:

•  mövcud stokların qanuni şəkildə tükədilməsinə,

•  bizneslərin digər sahələrə adaptasiyasına,

•  iş yerlərinin qorunmasına,

•  dövlətin fiskal və sosial maraqlarının balanslı şəkildə təmin olunmasına imkan verər.

Beynəlxalq təcrübə göstərir ki, tam qadağa deyil, sərt və ağıllı tənzimləmə daha effektiv nəticə verir. Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-da bu sahə:

•  lisenziyalaşdırma,

• yaş məhdudiyyətləri,

•  məhsul standartları,

•  ciddi cərimələr və nəzarət mexanizmləri ilə tənzimlənir.

Nəticə olaraq

Azərbaycanda da məqsədəuyğun yol — ictimai sağlamlığı qoruyaraq, eyni zamanda minlərlə insanın dolanışığını riskə atmayan balanslı qərarın verilməsidir. Keçid dövrü ilə müşayiət olunan sərt nəzarət modeli həm dövlət, həm biznes, həm də cəmiyyət üçün daha sağlam nəticələr vəd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://marja.az
archiveBu xəbər 22 Dekabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri