Elektron Təhlükəsizlik Xidməti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb Yeni Gündəm
Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Yeni Gundem” nazirliyə istinadən xəbər verir ki, məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.
Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək.
Həmçinin xidmət nümayəndələrinin universitet tərəfindən təşkil ediləcək tədbirlərdə qonaq spiker qismində çıxış etmələri nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















