Icma.az
close
up
RU
Elektron tərəzidən qaçan yük maşını sürücülərinə XƏBƏRDARLIQ

Elektron tərəzidən qaçan yük maşını sürücülərinə XƏBƏRDARLIQ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumi istifadədə olan avtomobil yollarının qorunması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hərəkətdə olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən müasir elektron tərəzilər quraşdırılıb.

AAYDA-dan Lent.az-a verilən xəbərə görə, elektron ölçmə sistemləri vasitəsilə normativləri pozan nəqliyyat vasitələri operativ şəkildə aşkar olunur və qanunvericiliyə uyğun olaraq aidiyyəti qurum tərəfindən inzibati tədbirlər görülür. Bu mexanizm avtomobil yollarının yol örtüyünün qorunmasına, infrastrukturun dayanıqlığının təmin edilməsinə və dövlət vəsaiti hesabına inşa olunan yolların uzunömürlülüyünə xidmət edir.

Bununla belə, bəzi sürücülər tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi halları müşahidə olunur. Ayrı-ayrı sürücülər yanlış olaraq hesab edirlər ki, elektron tərəzilərin quraşdırıldığı ərazidə sağ kənar zolaqla və ya mühafizə çəpərinə yaxın məsafədən hərəkət etməklə sistemin ölçməsindən yayınmaq mümkündür. Nəticədə belə düşünülməmiş və təhlükəli manevrlər ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə, həm sürücülərin öz həyat və sağlamlığına, həm də yol infrastrukturuna ciddi ziyan vurulmasına səbəb olur.

Bildiririk ki, ərazidə quraşdırılmış müasir ölçmə avadanlıqları nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini hərəkət trayektoriyasından asılı olmayaraq yüksək dəqiqliklə müəyyən edir. Elektron sistemlərdən yayınmaq cəhdləri nəticəni dəyişmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bir daha sürücüləri mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Çəki normalarını pozan nəqliyyat vasitələri istənilən halda aşkar edilir və qanunu pozan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar.

Yol hərəkəti qaydalarına riayət olunması həm şəxsi təhlükəsizliyin, həm də dövlət infrastrukturunun qorunmasının əsas şərtidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Mart 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri