Ələt Azad İqtisadi Zonasının Malayziya təqdimatı
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi heyət Malayziyaya işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirib.
İlk olaraq, "POS Aviation" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Ələt Azad İqtisadi Zonasının ərazisində inşa edilən yeni beynəlxalq hava limanı və onun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra İslam İnkişaf Bankının Mükəmməllik Mərkəzinin sədri Samer Əl-İssavi ilə görüş keçirilib. Görüş zamanı Samer Əl-İssavi cari ildə Bakıda keçirilmiş İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. İslam İnkişaf Bankının nümayəndələri Azad Zona ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, təşkilata üzv ölkələrin investorlarının Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlar barədə məlumatlandırılacağını qeyd ediblər.
Səfər çərçivəsində, həmçinin Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) baş icraçı direktorunun müavini S. Jai Shankar ilə görüş keçirilib. Görüşdə Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, investorlar üçün yaradılmış şərait və investisiya imkanları barədə ətraflı məlumat verilib.
Sentyabrın 22-də Kuala-Lumpur şəhərində Ələt Azad İqtisadi Zonasına həsr olunmuş xüsusi təqdimat tədbiri keçirilib. Tədbirdə Malayziyanın dövlət və biznes qurumlarının, biznes assosiasiyalarının, ticarət və sənaye palatalarının, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov çıxış edib. Səfir Azərbaycan və Malayziya arasında mövcud əməkdaşlıq əlaqələri, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov geniş təqdimatla çıxış edib. Təqdimat zamanı Ələt Azad İqtisadi Zonasının strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələri, "bir pəncərə" prinsipi əsasında göstərilən xidmətlər və digər investisiya imkanları barədə ətraflı məlumat verilib.
Təqdimatın sonunda Valeh Ələsgərov Malayziyanın işgüzar dairələrinin nümayəndələrini Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan yararlanmağa və Azad Zonada ixracyönümlü istehsal müəssisələri yaratmağa dəvət edib və iştirakçılar tərəfindən səsləndirilən sualları cavablandırıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 25 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















